Ayşə Sultan (II Əbdülhəmidin qızı)

Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Aişə Sultan
Aişə Sultan və ilk əri Əhməd Nami bəy
Aişə Sultan və ilk əri Əhməd Nami bəy
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1886(1886-10-31)
Doğum yeri Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 11 avqust 1960(1960-08-11) (73 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı, İstanbul
Atası II Əbdülhəmid
Anası Müşfiqə Qadınəfəndi
Həyat yoldaşları Əhməd Nami bəy
Mehmed Əli bəy
Uşaqları Sultanzadə Ömər Nami bəy
Aliyə Namiyə xanım Sultan
Sultanzadə Osman Nami bəy
Sultanzadə Əbdülhəmid Rauf bəy
Ailəsi Osmanlı sülaləsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Uşaqlıq illəri, 1899

Aişə Sultan 31 oktyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Ulduz sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcəfarsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı.

1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Müşfiqə xanımla birlikdə atasının yanında yer alan Aişə Sultan bir il sonra atasının istəyilə bacıları Şadiyə SultanRəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. 1910-cu ilin iyununda Dolmabağça sarayında keçirilən mərasimlə nişanlısı Əhməd Nami bəylə nigahlandı. Dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi isə 9 avqust 1910-cu ildə baş tutdu.

Bu evlilikdən 3 övladı olan cütlük Sultan Əbdülhəmidin ölümündən qısa müddət öncə İsveçrəyə getdi və üçüncü övladı Osman Nami bəy burada dünyaya gəldi. Ancaq atasının ölüm xəbərini aldıqdan dərhal sonra İstanbula qayıdan Aişə Sultan çox keçmədən 1921-ci ildə ərindən boşandı. Elə həmin il - 3 aprel 1921-ci ildə Nişantaşı köşkündə Rauf Paşanın oğlu Mehmed Əli bəylə evləndi. İkinci evliliyindən bir oğlu daha dünyaya gələn Aişə Sultan 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi ailəsiylə birlikdə sürgünə göndərildi. Anası Müşfiqə xanım isə mərhum Osmanlı padşahının dul xanımı olması səbəbilə, bu sürgün qərarından kənarda qaldı və 1952-ci ildə çıxarılan əfv qanununa qədər yeganə övladı olan Aişə Sultanı bir daha görmədi.

Sürgündə Paris şəhərində məskunlaşan ailə burada ağır şəraitdə yaşadı. Böyük oğlu Ömər Nami bəy anasının, üzərinə İnnallahe maassâbirîn (Allah səbir edənlərlə bərabərdir) kəlamını naxışladığı məndilləri sataraq ailəni ayaqda saxlamağa çalışdı. 1937-ci ildə əri Mehmed Əli bəy Parisdə vəfat etdi və cənazəsi Paris yaxınlığındakı müsəlman Bobigny məzarlığına dəfn olundu. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Aişə Sultan anasıyla birlikdə Sərəncəbəy yoxuşundakı köşkdə yaşamağa davam etdi. 1955-ci ildə atasının həyatı və uşaqlıq illəriylə bağlı xatirələrini "Babam Sultan Abdülhamid" (Atam Sultan Əbdülhəmid) başlığı ilə nəşr etdirdi.

Yaşadığı Sərəncəbəy köşkündə 10 avqust 1960-cı ildə vəfat edən Aişə Sultan Yəhya Əfəndi məzarlığına dəfn olundu. Anası Müşfiqə xanım isə ondan bir il sonra - 16 iyul 1961-ci ildə 93 yaşında ikən vəfat etdi və qızının yanına dəfn olundu.

Şəcərəsi[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. pp. 27
  • Baydar, Evren Kutlay (2010). Osmanlı'nın "Avrupalı" müzisyenleri. Araştırma-İnceleme. Kapı Yayınları. p. 59. ISBN 978-605-4322-14-5
  • Osmanoğlu, Ayşe (2000). Babam Sultan Abdülhamid. Mona Kitap Yayinlari. p. 104. ISBN 978-6-050-81202-2