səmərəsizlik
səmimi
OBASTAN VİKİ
Səmərqənd
Səmərqənd (fars. سمرقند‎; özbəkcə: Samarqand) ― Özbəkistanın cənubunda tarixi şəhər, Səmərqənd vilayətinin mərkəzi. Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşən Səmərqəndin əhalisi 566 min nəfərdir. Mühüm bir sənaye (avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və s.) və təhsil (Səmərqənd Universiteti) mərkəzi olan bu şəhər Teymurləng zamanından qalan tarixi abidələrləri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399–1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) çox sayda turist cəlb edir. Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd, e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib müsəlman dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdirlər. Buradan bu vərdiş bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlində keçdi.
Səmərqənd (dəqiqləşdirmə)
Səmərqənd şəhəri — eyniadlı vilayətin paytaxtı Səmərqənd vilayəti — Özbəkistanda vilayət Rusiya imperiyasının Səmərqənd vilayəti — tarixi vilayət Səmərqənd qəsəbəsi — Tatarıstan Əlmət rayonunda qəsəbə Səmərqənd Hava Limanı — eyniadlı şəhərdə hava limanı Səmərqənd gəmisi — Aral flotun Buxar gəmisi Səmədqənd qovağı (lat.
Səmərqənd klanı
Səmərqənd klanı — İsmoil Jurabekovun başçılıq etdiyi özbək klanıdır. Bu, Özbəkistanda mövcud iki əsas qruplaşmadan biri olub, əsas rəqibi Daşkənd klanıdır. O cümlədən, əsas rəqiblər sırasında yer almayan Fərqanə klanı da rəqib hesab edilir. Keçmiş Özbəkistan Prezidenti İslam Kərimov da Səmərqənd klanına aid hesab olunurdu. Müasir Özbəkistanda tayfalar artıq mövcud deyildir. Hazırkı klanlar ya ailə səviyyəsində, ya da milli səviyyədə fəaliyyət göstərirlər. Bugünkü "klan" termini Özbəkistanda əsasən dostluq və ya nikah əsaslı himayədarlıq şəbəkəsi mənasını daşıyır. Bəziləri bu qruplaşmalara "fraksiya" deməyə üstünlük verirlər. Sovet İttifaqının süqutundan etibarən Özbəkistan hökuməti qəbilə siyasətinin varlığını inkar etməyə çalışır. 1983-cü ildə Fərqanə klanını əvəzləyən Səmərqənd klanı Özbəkistanda hakimiyyətə gəldi.
Səmərqənd qovağı
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
Səmərqənd rəsədxanası
Uluqbəy rəsədxanası, Səmərqənd rəsədxanası — orta əsrlərin ən böyük rəsədxanalarından biri. Səmərqənd şəhəri yaxınlığında Uluqbəy tərəfindən tikilmişdir. Tikilib istifadəyə verilmə tarixi haqqında müxtəlif (1420, 1428/29 və s.) fikirlər var. 1421-1429: Qiyasәddin Cәmşid Kaşani 1429-1436: Qazızadə ər-Rumi; 1436-1449: Əli Quşçu Oktay Talıstanlı. Qədim Şərqin möcüzələri. Bakı: "Adiloğlu", 2007.
Səmərqənd vilayəti
Səmərqənd vilayəti — Özbəkistanda vilayət.
Registan meydanı (Səmərqənd)
Registan meydanı — Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir. Registan meydanı (qum ölkəsi) Səmərqəmdin mərkəzi idi. Meydan 3 mədrəsədən ibarətdir: Uluqbəy mədrəsəsi (XV əsr), Şirdor mədrəsəsi (XVII əsr) və Tilla-Kari mədrəsəsi (XVII əsr). İlk mədrəsənin qurulması ilə birlikdə bütün bayramlar, festivallar və Bazar günü bazarı burada qurulmağa və qeyd olunmağa başlamışdır. Mədrəsə İslam dininin ali məktəbləri sayılır. Uluqbəy mədrəsəsi 1417-1420-ci illər tarixlərində Uluqbəy tərəfindən qurulmuş və şəxsən özü burada, ölümünə qədər riyaziyyat və astronomiyadan dərs keçmişdir. Uluqbəyin ölümündən 200 il sonra, Səmərqəndin hakimi olan Yalangtuş Bahadurın əmri ilə birinci mədrəsənin eynisi olaraq, ikinci bir mədrəsə inşa etdirilmiş və Şir-Dor mədrəsəsi adı verilmişdir. Aralarındakı yeganə fərq yeni mədrəsədə artıq iki dənə qışın istifadə edilmək üçün hazırlanmış təhsil dəhlizi olmasıdır. Bunun xaricində baş quruluş birinci mədrəsə ilə eynidir.
Səmərqənd Dövlət Universiteti
Səmərqənd Dövlət Universiteti (özb. Samarqand davlat universiteti) — Özbəkistanın Səmərqənd şəhərində ali təhsil müəssisəsi. Özbəkistanın və Mərkəzi Asiyanın ən qədim universitetlərindən biri, Özbəkistanın ikinci böyük universiteti (Daşkənddəki Özbəkistan Milli Universitetindən sonra). Universitetin binaları və çoxsaylı korpusları Səmərqənd şəhərinin mərkəzi hissəsində, Universitet bulvarında və ətrafında yerləşir. Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Şurasının 22 yanvar 1927-ci il tarixli fərmanı ilə Özbəkistan SSR-in paytaxtı — Səmərqənddə Özbək Pedaqoji İnstitutu təşkil edildi (1925–1930-cu illərdə Özbəkistan SSR-in paytaxtı Səmərqənd idi). Bu təhsil ocağı Sovet Orta Asiyadakı ilk ali təhsil müəssisələrindən biri idi. İnstitutun təşkili və inkişafı üçün Səmərqəndə, əsasən Moskva, Leninqrad və Kiyevdən SSRİ-nin Avropa hissəsindən professor və müəllimlər göndərildi. Universitetin qurucuları Sədrəddin Ayni, K. Abdullayev, V. L. Vyatkin və başqaları var idi. İnstitutun ilk direktoru Nikolay Alekseyeviş Merkuloviç idi. Növbəti rektorlar A. Mustokayev, A. V. Kozırev olmuşdular.
Uluqbəy mədrəsəsi (Səmərqənd)
Uluqbəy mədrəsəsi (özb. Ulug`bek mаdrаsasi) — Səmərqənddə XV əsrə aid dini, mənəvi, təhsil binasıdır. Teymurilər dövlətinin hökmdarı və alim-astronom Uluqbəy tərəfindən inşa edilmiş Registan meydanının memarlıq ansamblının ən qədim mədrəsəsidir. Şerdor və Tilla-Kari mədrəsələri ilə birlikdə ayrılmaz bir memarlıq ansamblı təşkil edir. 2001-ci ildə Səmərqəndin digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Əmir Teymurun dövründən başlayaraq Registan orta əsr Səmərqəndinin əsas bazar meydanı və sosial mərkəzi idi. Burada çoxsaylı ticarət dükanları, karvansaralar və örtülü ticarət mərkəzləri (tims) yerləşirdi. Onlar arasında ən böyüyü tim Tilpak-furuşon idi. Əmir Teymurun nəvəsi Uluqbəyin hakimiyyəti illərində meydanın görünüşü tədricən dəyişməyə başladı. Uluqbəy, Registanın yenidən qurulmasına Mərkəzi Asiyada ən böyük İslam universitetinin inşası ilə başlayır.
Universitet bulvarı (Səmərqənd)
Universitet bulvarı (Səmərqənd) (özb. Universitet xiyoboni) — Səmərqənd şəhərinin mərkəzi küçələrindən biri. Əvəlki adları Abramov bulvarı və Maksim Qorki adına bulvar olmuşdur. Küçə Səmərqənd şəhərinin ən tarixi və görməli yerlərindən sayılır. Əsasının qoyulması XIX əsrin sonlarında Səmərqənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalından sonraya təsadüf edir. Bu səbəbdən küçədə əsasən XIX əsr və XX əsr binaları çoxluq təşkil edir. Universitet Bulvarı Səmərqəndin mərkəzi hissəsində yerləşir. Universitet Bulvarının ortasında hündür ağaclar parkı var. Bu park sayəsində küçə iki hissəyə ayrılır. Bulvar Registan, Bustonsaroy, Şoxrux Mirzo, Mustakillik, Bəxtiyora Həmidov, Abdurahmon Cami, Orzu Mahmudov, Nurabad və Usman Yusupov küçəsləri ilə kəsiçir.
Quranın Səmərqənd əlyazması
Quranın Səmərqənd əlyazması - (həmçinin Osman Quranı, Səmərqənd nüsxəsi, Səmərqənd əlyazması və Daşkənd Quranı kimi də tanınır) müasir İraq ərazisində kufi xətti ilə yazılmış VIII və ya IX əsrlərə aid əlyazma Qurandır . Bu gün Özbəkistanın Daşkənd şəhərindəki Həst İmam kitabxanasında saxlanılır. Üçüncü xəlifə Osman ibn Əffana məxsus olduğu deyilir .
Səmərqənd vilayəti (Rusiya imperiyası)
Səmərqənd vilayəti (rus. Самарка́ндская о́бласть) — Rusiya imperiyasının inzibati ərazi vahidi.
Dövlətşah Səmərqəndi
Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndi (1438[…] – 1491) — təzkirəçi, ədəbiyyatşünas, şair, "Təşkirətüş-şüəra" əsərinin müəllifi == Həyatı == Dövlətşah Səmərqəndi 1431, 1436, yaxud 1438-ci ildə Səmərqənddə doğulmuşdur. Onun atası Əmir Teymurun oğlu Şahruxun mümüm əmirlərindən olmuşdur. O, türk və bütövlükdə Şərq ədəbiyyatının qüdrətli mütəfəkkirlərindən biridir. Görkəmli alim və şair 1491-ci ildə (bəzi mənbələrdə 1495, yaxud 1507) vəfat etmişdir. == Yaradıcılığı == Dövlətşah Səmərqəndi Şərq və türk ədəbiyyatı tarixində "Təzkirətüş-şüəra" adlı məşhur təzkirəsi ilə tanınmaqdadır. Bu təzkirə ilk dəfə 1887-ci ildə anaonim redaktor tərəfindən Bombeydə yayınlanmışdır. Əsər Azərbaycanda Əlyazmalar İnstitutu tərəfindən 1987-ci ildə nəşrə hazırlansa da, yalnız 2022-ci ildə yayınlanmışdır. == Haqqında == Bəzi mənbələrdə fars-tacik alimi kimi anılan Dövlətşah ibn Əlaəddövlə Bəxtişah Səmərqəndinin şəxsiyyəti və təzkirəsi haqqında türk alimi professor Əhməd Atəş yazır: "O, hicri qəməri 830-840 (1427-1436)-cı illər arasında anadan olmuş bir türk bəyzadəsi idi. Uzun müddət Teymurlu şahzadələrin xidmətində və saraylarında qaldıqdan sonra, Əlişir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat keçirmişdir. 50 yaşının içində ikən İran ədəbiyyatının bütün dövrlərini əhatə edən "Təzkirətüş-şüəra"sını yazmağa başlamış və onu hicri qəməri 892 (1487)-ci ildə tamamlamışdır.
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi
Nadir şah Əfşarın Səmərqəndi ələ keçirməsi — Nadir şahın Mərkəzi Asiya yürüşü zamanı bölgənin siyasi və iqtisadi mərkəzlərindən biri olan Səmərqəndi ələ keçirməsi nəzərdə tutulur. Səmərqəndin ələ keçirilməsinə səbəb olacaq yürüşün əsasları 1730-cu illərdə meydana çıxmışdı. Bu zaman Nadir Hindistan yürüşündə idi və onun varisi şahzadə Rzaqulu Mirzə Mərkəzi Asiyanın dövlətləri üzərində bir neçə parlaq qələbə qazanmağı bacarmışdı. Rzaqulunun Xivəni ələ keçirməsi Xivə hökmdarı İlbars xanın qəzəbinə səbəb oldu və o, əks-hücuma keçəcəyi ilə bağlı hədələr verməyə başladı. Nadir özü uzaqda olduğuna görə oğluna hərbi əməliyyatları sonlandırmağı əmr etdi. Onun planı geri döndükdən sonra daha parlaq əməliyyatları öz komandanlığı altında həyata keçirmək istəyirdi. Xivənin ilhaq edilməsindən sonra İlbars edam edildi və onun yerinə Əbülfəz xan gətirildi. Nadir onun daha sadiq olacağını düşünürdü. Bu yürüşün nəticəsində Səfəvilər də daxil olmaqla, regionda mövcud olmuş dövlətlərdən demək olar ki, heç birisinin Mərkəzi Asiya üzərində qazanmağa nail ola bilmədiyi qələbə qazanıldı. Nadir şah Türküstanı ələ keçirməyi arzulayırdı.
Nizami Əruzi Səmərqəndi
Nizami Əruzi Səmərqəndi (1110, Səmərqənd – 1161, Xarəzm) — XII yüzilliyin məşhur Orta Asiya şairi və ədəbiyyat tənqidçisi. Onun "Cahar məqalə" (Məcməün-nəvadir) əsərini Əli Abbasov fars dilindən azərbaycan dilinə tərcümə etmişdir. Həmin əsər Azərbaycan dilində 1994-cü ildə çapdan çıxmışdır.
Nəcibüddin Səmərqəndi
Nəcibüddin Səmərqəndi — XIII əsrdə Səmərqənddə yaşayan fars həkimi Nəcib ad-Din Əbu Həmid Məhəmməd ibn Əli ibn Ömər Səmqəndəndə doğulmuşdur. 1222-ci ildə Monqol hücumu zamanı Əfqanıstanın Herat şəhərinə yerləşmişdir.Həyatının az olduğu məlum olsa da, o, məhsuldar tibbi yazıçı və tibbi fikirlərin şərhçisi idi. Onun ən məşhur kitabı "Səbəbləri və Əlamətləri" kitabı Terapötik və patologiya üçün əhatəli bir kitabıdır. Onun elmi əsərləri geniş oxunur və tez-tez onun haqqında yazılır. Əfqanıstanın Herat şəhərində vəfat edib və orda dəfn olunub.
Əbdürrəzzaq Səmərqəndi
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi (1413—1482) — Orta Asiya tarixçisi. Əbdürrəzzaq Səmərqəndi 1413-cü ildə Herat şəhərində doğulmuşdu. Uzun müddət Teymurluların sarayında (Səmərqənddə) xidmət etmişdir. 1463-cü ildən isə o, Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi olmuşdur. O, fars dilində yazdığı “Mətlə əs-sədeyn və məcmə əl-bəhreyn” (“İki xoşbəxt ulduzun doğulması və iki dənizin qovuşması”) əsərində57 1304-1470-ci illərin hadisələrini əks etdirmişdir. Əsərin II cildində Çobanlılar, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurlular Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş üsyanlar haqqında məlumatlar vardır. Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi 1482-ci ildə Herat şəhərində vəfat edib. Əbdürrəzzaq Səmərqəndi Mavəraünnəhr və Orta Şərq məmləkətlərinin XIV-XV əsrlərdəki tarixinə aid məlumatları yazısında cəmləşdirib "Mətləi səideyn və məcməi bəhreyn" adlı əsər qələmə almışdı. Əsərin tənqidi mətni elmi izahlarla 1960-cı və 1969-cu illərdə Daşkənd şəhərində nəşr edilib. Əsərin əlyazmasının bir nüsxəsi Saltıkov-Şedrin adına LDUK-də saxlanılır.

Digər lüğətlərdə