SƏXAVƏT

сущ.
1. щедрость:
1) свойство щедрого человека, охотно делящегося с другими своими средствами, имуществом и т.п. Səxavət göstərmək проявлять щедрость, onun səxavəti hamıya bəllidir его щедрость всем известна; səxavətə gəlmək расщедриваться, расщедриться
2. богатство, обилие. Torpağın səxavəti щедрость земли, təbiətin səxavəti щедрость природы
2. разг. см. fərasət
SƏHVSİZLİK
SƏXAVƏTLƏ
OBASTAN VİKİ
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. == Həyatı == Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Səxavət Abbasov
Səxavət Baxışov
Səxavət Mamed oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Səxavət Həsənov
Səxavət Məhərrəmov
Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci il tarixində Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar.Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, burada büstü qoyulub.
Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Səxavət Quliyev
Səxavət Sahil
Səxavət Sahil (1 yanvar 1982) — azərbaycanlı yazıçı, şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Səxavət Sahil 1982-ci il yanvarın 1-də anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb. 2003–2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Bakıdakı Niderland Jurnalistika Məktəbini bitirib. 2000–2006-cı illərdə "Gün" qəzetində çalışıb. 2006–2010-cu illər ərzində "Azad Azarbaycan" Televiziyasının Xəbərlər departamentində müxbir işləyib. 2010–2014-cü illərdə "Azad Azarbaycan" televiziyasında "Atvxeber.az" xəbər saytının rəhbəri olub. 2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq fakültəsi"ndə təhsil alıb. 2012-ci ildə yaratdığı "Avanqard.net" mədəniyyət portalının qurucusu və baş redaktorudur.
Səxavət Səttarov
Səxavət Məmmədov (xanəndə)
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Quliyev (şəhid)
Səxavət Məmmədov (dəqiqləşdirmə)
Rauf Əliyev (Səxavət oğlu)
Səxavət Məmmədov (Adgözəl oğlu)
Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir.
Səxavət Məmmədov (əsgər, 1991)
Səxavət Məmmədov (əsgər, 1996)
Səxavət Məmmədov (20 Yanvar şəhidi)
Səxavət Məmmədov (Vətən müharibəsi şəhidi)
Səxavət Adgözəl oğlu Məmmədov (24 may 1991, Papravənd, Ağdam rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Səxavət Məmmədov 24 may 1991-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil almışdır. Ailəli idi, Dilək və Yusif adında 2 övladı yadigar qalıb. 1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində Azərbaycan Silahlı Qüvvələrinində xidmətə başlamışdır. 2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib. Burada fəaliyyət göstərərkən, Aprel döyüşlərində iştirak edərək şücaət göstərmişdir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir.
Səxavət Talıbzadə
Səxavət İsmayılov
Səxavət Şərifov
Səxavət casusu (film, 1993)
Səxavət casusu (ing. Bounty Tracker) — 1993-cü ildə döyüş janrında çəkilən filmdir. Erik Qauss adında mafiya qatillərinin idarəçisi şahidlərdən birinin mafiya başçısı Lui Sarazenə qarşı polislərə məlumat verəndən sonra şahidləri aradan götürməyə başlayır. Onların içində Pol Damon da olur. Pol Damon öldürüldükdən sonra onun qardaşı Conatan Los Anceles şəhərindən qayıdır. Conatan qatillərin əsl ovçusudur... Səxavət casusu — Internet Movie Database saytında.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.
Səxavət Quliyev (20 Yanvar Şəhidi)
Səxavətli bütpərəst
Səxavətli bütpərəst — xristian teologiyasında Məsihi tanımayan, lakin yüksək əxlaqlı həyat sürən, xilas olacaq bütpərəstlər. "Məsihdən əvvəl xristianlar" ideyası erkən xristianlıqda (xüsusən, İsgəndəriyyə Klement və Etirafçı Maksim arasında) müşahidə olunsa da, antik mədəniyyətin müəyyən bir şəkildə yenidən nəzərdən keçirilməsindən sonra orta əsrlərdə formalaşmışdır. 1545-ci il Trident şurası tərəfindən tərtib edilmiş katexizis, Akvinalı Fomanın fikrinə əsaslanaraq, səxavətli bütpərəstlərin ruhlarının cəhənnəmlə cənnət arasında yerləşdiyini və Məsihin cəhənnəmə enməsi zamanı cəhənnəm əzablarından azad edildiyini iddia etmişdir. Səxavətli bütpərəstlər anlayışı təkcə katolik ənənəsi ilə məhdudlaşmır. Yunanıstan, Rusiya və bəzi digər ölkələrdəki pravoslav kilsələrində qədim şairlərin və filosofların əllərində tanrı haqqında fikirlərə və ya Məsih haqqında peyğəmbərliklərə yaxın kəlamlar olan kitabçaların təsvirləri var. Məsələn, Moskva Kremlinin Blaqoveşşeniye kafedralının freskalarında Aristotel, Fukidid, Ptolemey, Zenon, Plutarx, Platon, Sokrat, Vergili və digər qədim mədəniyyət xadimlərinin oxşar təsvirləri var.
Manya Səxavətqızı

Digər lüğətlərdə