tüstüsüzlük
tütəkçalan
OBASTAN VİKİ
Tütək
Tütək – ağacdan hazırlanmış nəfəsli musiqi aləti. İnsanlar tarixin müxtəlif dövrlərində qarğı, qamış, sümük, ağac, saxsı və metaldan nəfəsli musiqi alətləri düzəltmişlər. Ən qədim nəfəsli musiqi aləti tütək hesab edilir. Belə güman edilir ki, tütəyi çobanlar icad etmiş, ilk dəfə onlar dilə gətirmişlər. Etnoqrafik axtarışlardan aydın olur ki, hələ də Azərbaycanın kənd yerlərində daxili boşluğu olan bəzi bitkilərin, xüsusilə taxıl və qamışın özəyini əl ilə dartıb çıxarır, buğum hissəsini qırdıqdan sonra deşiyin ağzını azacıq əzərək bəsit çalğı aləti düzəldirlər. Onu üfürdükdə nazik cır səs alınır, hətta bəzən onların üzərində kiçik dəliklər açılıb müxtəlif havalar çalınır. Kim bilir, bəlkə də nəfəslə çalınan musiqi alətlərinin yaranmasında belə sadə xalq təcrübəsinin müəyyən rolu olmuş, sonralar ağac və qarğı zoğundan tütək düzəltmişlər. Sadə tütəklərin düzəldilməsi o qədər də çətin deyildir. İçərisi novlu olan quru qarğını kəsib ucunda dil, üzərində isə səslənməni nizama salan dəlik açırlar. Nizami Gəncəvinin məlumatından aydın olur ki, naməlum bir çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək duzəldir və ürəyinin kədərini onunla dağıdır.
Tütək səsi (film)
Tütək səsi — rejissor Rasim Ocaqovun filmi. 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb. Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var. 1976-cı ildə Frunzedə (indiki Bişkek) IX Ümumittifaq kinofestivalı Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomu və prizi verilmişdir. Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir. Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir. Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
Tütək səsi (film, 1975)

Daur tütəkcəsi
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Dərman tütəkcəsi
Dərman tütəkcəsi (lat. Angelica archangelica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Hamelin tütəkçisi
Hameln tütəkçisi və ya Hameln siçovultutanı (alm. Rattenfänger von Hameln‎) — orta əsrlərdə Aşağı Saksoniyada Almaniyanın Hameln qəsəbəsində çoxlu uşağın evdən ayrılaraq daha sonra ölməsi haqqında əfsanə. Tam versiyasında XVI əsrdə qəsəbədə artan siçanlardan qurtulmaq istəyən qəsəbə sakinlərinin tütəkli bir siçovultutanla ilə razılaşmasından bəhs olunur. Qəsəbə sakinləri bu xidmətinin qarşılığında tütəkçiyə pul ödəməkdən imtina edirlər. Bu səbəbdən siçovultutan sehrli tütəyi ilə qəsəbənin uşaqlarını arxasınca apararaq qəsəbədən uzaqlaşdırır. Hekayənin bu versiyası daha sonra nağıla çevrilərək yayılmışdır. Bu versiyası daha sonralar Göte, Qrimm qardaşları və Robert Brauninqin əsərlərində də istifadə olunmuşdur. == Mövzu == Bir gün Hameln kəndi siçanlarla dolur. Hər yerdə siçanlar vardı və onlar sakinlərin bütün qidalarını tükədirdilər. Kənd sakinləri bu vəziyyətdən çıxış yolunu tapa bilmirlər və ora "siçanlı kənd" olaraq xatırlanmağa başlayır.
Hameln tütəkçisi

Meşə tütəkotu
Qısagövdəli tütəkcə
Qısagövdəli tütəkcə (lat. Angelica brevicaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Tütəkotu
Uxiyama tütəkcəsi
Uxiyama tütəkcəsi (lat. Angelica uchiyamae) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Əyilən tütəkcə
Əyilən tütəkcə (lat. Angelica anomala) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Meşə tütəkcəsi
Meşə tütəkcəsi (lat. Angelica sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Tütəkcə
Tütəkcə (lat. Angelica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Əyilən tütəkcə (Angelica anomala Ave-Lall.) Dərman tütəkcəsi (Angelica archangelica L.) (=Archangelica officinalis Hofm.) Qısagövdəli tütəkcə (Angelica brevicaulus (Rupr.) B.Fedtsch.) Daur tütəkcəsi (Angelica dahurica (Fisch. ex Hoffm.) Benth. et Hook. fil. ex Franch.

Digər lüğətlərdə