Məqsəd Tələbə
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır.
Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir.
Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb.
Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir.
Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib.
“Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri.
Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.