tərz

is. manière f, façon f ; bu ~lə de cette manière ; ifadə ~i manière d’expression, manière de s’exprimer ; həyat ~i manière f de vivre ; qram. aspect m

tərtibatçılıq
tərzi-hərəkət
OBASTAN VİKİ
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.
Heyvanlarda gecə həyat tərzi
Heyvanlarda gecə həyat tərzi — bu addım canlılarda onunla əlamətdardır ki, günün gecə saatları aktiv olur və gündüz saatlarında isə yatırlar. Bu tip heyvanlarda eşitmə qabiliyyəti olduca yüksək olur və görmə mövcud vəziyyətə uyğunblaşmışdır. Bunlara canavarlar, kirpilər, yarasalar və digərlərini misal çəkmək olar. == Səbəblər == Bu canlıların gecə həyat tərzi keçirləri aşağıdakı səbənblərdən doğmuşdur: Dida resurslarında rəqabət. Eyni ərazidə, eyni qida ilə qidalanan canlılardan biri gündüz digəri isə gecə həyt tərzi keçirərsə bu artıq rəqabətlilik yaratmaz. Mısal: Qırğılar (gündüz) və Bayquşlar (gecə). Görünməzlik. Yırtıcılara nəzər saldıqda onlar şikarları tərəfindən aşkar edilmirlər. Məsələn: Şirlər həm gecə həm də gündüz həyat tərzi keçirə bildiyindən, onların şikarları olan zebr və antiloplar gecə yaxşı görmədiyindən asan ova çevrilirlər. Gəmiricilər gündüz asan Yırtıcı quşlar tərəfindən asan şikara çevrildiyindən gecə həyat tərzi keçirirlər.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s. Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф.
Tərzan Haşımov
Tərzan Həşimov
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Tərzi Avşar
Tərzi Avşar Azərbaycani – şair. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Tərzi Əfşar

Tərzibaşı Əta
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Tərzili (Urmiya)
Tərzili (fars. طرزلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (6 ailə).
Tərzəm (Vərziqan)
Tərzəm (fars. طرزم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 816 nəfər yaşayır (184 ailə).
Tərzənəq
Tərzənəq (fars. ترزنق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 497 nəfər yaşayır (114 ailə).
Vampir həyat tərzi
Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da, bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir. Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.
Yeni Tərzdə İşləyirik (1988)
Yeni tərzdə işləyirik (film, 1988)
Yeni tərzdə köhnə əhvalat (film, 1916)
Yeni tərzdə köhnə əhvalat — 1916-cı ildə çəkilmiş qısametrajlı bədii film. Film günün məsələlərinə həsr olunmuşdur. Bu II Vilhelm və Frans İosif haqqında satirik komediyadır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.
Üç tərzi siyasət
"Üç tərzi siyasət" (türk. Üç Tarz-ı Siyâset) — türk millətçiliyinin ideoloqlarından olmuş Yusif Akçura tərəfindən yazılmış məqalə. "Üç tərzi siyasət" Yusif Akçura 1904-cü ildə Qahirədə "Türk" adlı qəzetdə qələmə aldığı məqalədir. Daha sonra kitab olaraq nəşr edilmişdir. Yusif Akçura Osmanlı dövlətinin təməl dövlət siyasəti olaraq Osmanlıçılıq, Panislamizm, Türkçülük olmaqla 3 siyasəti müqayisə edərək incələmişdir. Yusif Akçura "Üç tərzi siyasət" əsərinin girişində yazır ki, Osmanlıda Qərbdən təsirlənərək güc qazanmaq, tərəqqi etmək üçün üç yol təklif edilib: Osmanlıya tabe olan millətləri birləşdirərək vahid Osmanlı milləti yaratmaq Xilafət haqqının Osmanlı hökmdarlarında olmasından yararlanaraq, bütün müsəlmanları bu hökumətin tabeliyində siyasi olaraq birləşdirmək, yəni panislamizm siyasəti. İrqə söykənən siyasi bir türk milləti təşkil etmək Yusif Akçura yazır ki, birinci təklifdəki məqsəd o idi ki, Osmanlıdakı müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqlar tanınır, eyni vəzifələr tələbə olunur. İnsanlara fikir və din azadlığı verilir, yekunda amerikan milləti kimi Osmanlı milləti yaradılır. Bu çətin əməliyyatın nəticəsində Osmanlı dövləti köhnə sərhədlərini mühafizə edəcəkdi. Yusif Akçura Osmanlı milləti anlayışının Sultan II Mahmudun dönəmində yarandığını yazır.
Əhməd Haldun Tərzioğlu
Əhməd Haldun Tərzioğlu (7 yanvar 1960, Trabzon) — Türk yazıçısı, 2007-cı il Mustafa Necati Səbətçioğlu tarixi roman yarışması laureatı. Tarixi üslubunda yazdığı romanları Azərbaycan dilinə tərcümə olunmuşdur. Əhməd Haldun Tərzioğlu 1960-cı ildə Trabzonun Beşikdüzü vilayətinin Takazlı kəndində anadan olub. universiteti bitirdikdən sonra dövlət məmuru olaraq Türkiyənin bir çox yerlərində çalışıb və 2006-ci ildə öz istəyi ilə təqaüdə çıxaraq özünü tamamilə yazıçılığa yönəltdi. Yazıçının “Göy Tanrının övladları”, “Oğuz xan”, “Hüzün”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi xan”, “Komando”, “Türk Kimmerlər/Kimmeriya”, “Nazir bəyi vurdular”, “Teoman xan/Böyük Hun dövlətinin qurucusu”, “Mete xan/Böyük Hun xaqanı”, “Kiok xan/Mete xanın oğlu”, “Hərəm ağası”, “Rəisim Çatlı/Bozqurdların qanunu”, “Çingiz xan/Göy Moğolların başbuğu”, “Tomris xan/Saxaların qadın xaqanı”, “Kür Şad”, “Almatun piri/Həsən Sabbah”, “Alp Urunqu”, “Ağsaçlılar məclisi/Dövlətin qoruyucuları”, “Səlcuq bəy/Bir dövlətə ad verən ata”, “Toğrul və Çağrı bəy/Dövlət yolunda”, “Alparslan/Zəfərlər əsri”, “Darağacında bir bozqurd”, “Provokator”, “Göytürklər”, “Moğol”, “ Sevda üzərinə məmləkət hekayələri” və tarixi araşdırma kitabı olan “Hunlarda çılğındı/Hun Türklərinin çılğın tarixi” adlı əsərləri yayımlanıb. Tanınmış filimlərin senarisini yazmış, Türk tarixinə maraq göstərən yazıçının kitabları 2004-cü ildən etibarən çap olunmağa başlamışdır. 2007-ci ildə Mustafa Necati Səbətçioğlu tarixi roman yarışmasında “Alp Ər Tunga” adlı tarixi romanı ilə qalib olan yazıçının eyni zamanda teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir. Hal hazırda Mərsin şəhərində yaşayıb yaradır.
Əta Tərzibaşı
Tərzibaşı Əta Ömər oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü. Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir.
Yeni tərzdə köhnə əhvalat
Yeni tərzdə köhnə əhvalat — 1916-cı ildə çəkilmiş qısametrajlı bədii film. Film günün məsələlərinə həsr olunmuşdur. Bu II Vilhelm və Frans İosif haqqında satirik komediyadır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14.
Sağlam həyat tərzi
Sağlam həyat tərzi — insanın davranış risk faktorlarına nəzarət etməklə sağlamlığı qorumağa və qeyri-infeksion xəstəliklər riskini azaltmağa kömək edən yaşam tərzi. Sağlam həyat tərzi tütündən, alkoqoldan və narkotik vasitələrdən imtina, balanslaşdırılmış qidalanma, fiziki aktivlik (məşq, idman və s.), psixi sağlamlığın möhkəmləndirilməsi və sağlamlığın möhkəmləndirilməsi üzrə digər tədbirləri əhatə edir . Həyat tərzi prinsipləri adətən gənc yaşlarda möhkəmlənir, ona görə də sağlam həyat tərzini inkişaf etdirmək üçün həmin yaşlarda sağlam həyat tərzinin formalaşması vacibdir — gənclikdə formalaşmış vərdişlər çox vaxt yetkinlik dövründə də davam edir. Ümumdünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər vaxtından əvvəl ölüm hallarının 70%-nə səbəb olur, buna görə də sağlam həyat tərzinin mühüm hissəsi olan sağlamlığın təşviqi vacibdir və ÜST tibbi yardım göstərməklə yanaşı, ilk növbədə sağlam həyat tərzinin təbliğinə və yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına yönəlmiş ilkin səhiyyə xidmətlərinin tətbiqinə inanır. Sağlam həyat tərzi üçün ən vacib məqamlar aşağıdakılardır: siqaretdən imtina; alkoqol və hər cür narkotiklərdən imtina; balanslaşdırılmış qidalanma; fiziki aktivlik, azhərəkətli (oturaq) həyat tərzindən imtina. Qeyri-sağlam həyat tərzi və eyni zamanda qeyri-infeksion xəstəliklərin riskini artıran amillərə daxildir: düzgün qidalanmamaq, oturaq həyat tərzi (fiziki fəaliyyətin aşağı səviyyədə olma), siqaret çəkmə, alkoqoldan sui-istifadə, kofeinin həddindən artıq istehlakı (qəhvə, çay, enerji içkiləri), nizamsız yuxu rejimi, həmçinin stresslə mübarizəyə uyğunlaşa bilməmək. Tədqiqatlar göstərir ki, sağlam həyat tərzi orta ömür müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Almaniyada aparılan bir araşdırma göstərir ki, sağlam həyat tərzi 40 ildən sonra gözlənilən ömür uzunluğunun 13–17 il artması ilə əlaqələndirilir. ABŞ -da aparılan bir araşdırma 50 ildən sonra gözlənilən ömür uzunluğunun 12–14 il artdığını göstərir . Siqaret çəkmənin nəticəsi orta hesabla 10 il ömrünün azalmasıdır.

Digər lüğətlərdə