TARAKAN

Xalis türk sözüdür, çuvaş dilində bu söz tar-aqan, daraşkan (daraşmaq?!) kimi işlədilir, mənası “qaçağan” (bərk qaçan) kimi açıqlanıb. Anadolu türklərində söz dızıxan formasındadır ki, bu da “qaçan” deməkdir. Əvvəlcə feili sifət olub, sonra isimləşib. 

TARAC
TARIM
OBASTAN VİKİ
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi. Nəzərə alınmalı olan ilk məqam tarakanların insanlarla təmasda ola bilməsidir. Onlar gecələr ortaya çıxa və ayaqları ilə dərinizi cızaraq kiçik qızartılara səbəb ola bilərlər. Bu cür qızartılar yaxşıca sabunla təmizlənməlir ki, daha ciddi problemə çevrilməsin. Qara tarakanlar, eləcə də digər tarakan növləri, ilk növbədə bakteriyaların daşıyıcısı olduqları üçün təhlükəlidirlər. Tarakanlar heç vaxt getməyəcəyimiz çirkli, iyrənc yerlərdə vaxt keçirirlər. Onlar sizin mətbəxinizdə bir meyvə parçasının üstündə olduğu kimi, meşədə çürüyən heyvan leşinin üstündə də rahatdırlar. Bu faktor onları təhlükəli zərərvericilər edir. Tədqiqatlar təsdiq etmişdir ki, tarakanlar 33-dən çox bakteriya növü daşıya və yaya bilir.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Afrika tarakanı
Afrika tarakanı (lat. Supella longipalpa) — bədənləri kitin təbəqə ilə örtülüdür. Ümumiyyətlə rəng açıq sarımtıl qəhvəyi, çəhrayı əsmər və bəzən də tünd qəhvəyi, pronotum homogen bir şəkildə açıq qəhvərəngi, ön qanadın qaidəsi və ortasına doğru bir ədəd eninə geniş tünd cızıq mövcuddur, ikinci cızıq bəzən silik ola bilər. Thorax və abdomendə eninə tünd kahverengi bant olur, ancaq, yetkinlərdə qanadlar bu bantları bağlayar. Erkəklərdə bədən silindirikdir, qanadlar abdomenin ucundan çıxar, ön qanadın ucuna doğru olan qisimi açıq sarımsı rəngdə, arxa qanadlar tam inkişaf etmiş və asanlıqla uçmağı təmin edəcək vəziyyətdədir.
Alman tarakanı
Alman yüyrüyü (lat. Blattella germanica), Bu növ digər tarakan növlərinə görə daha kiçik quruluşlu, ümumiyyətlə rəngi açıq sarımtılı qəhvəyi rəngdə, pronotum üzərində uzunluğuna iki ədəd qalın tünd ləkə olması ilə digər növlərdən ayrılmaqdadır. Qanadlar yaxşı inkişaf etmiş, erkəklərdə abdomen uzun və silindr şəklində olur, qanadlar abdomeni tamamilə örtməz, dişilərdə abdomen yumuru və bütünlüklə qanadlar tərəfindən örtülmüşdür. Yetişkinlər 10–15 mm boyundadır və dişilər erkəklərdən daha qısa olur. == Mənbə == Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва, 1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с.
Amerikan tarakanı
Amerikan Tarakanı (Lat. Periplaneta americana) — == Haqqında == Adına baxdıqda Amerikan tarakanı olmasına baxmayaraq bu növün vətəni Amerika deyil, Afrika olduğu və bu qitədən əsirlərlə birlikdə Amerikaya soxulduğu və daha sonra gəmilərlə edilən ticarət vasitəsiylə dünyanın hər tərəfinə yayıldığı qəbul edilməkdədir. == Forması == Böyük qırmızımtıl qəhvəyi rəngdə və tam inkişaf etmiş olan qanadlara sahib bir növdür. Başlarının arxasındakı hissə isə sarı rəngdədir. Pronotumun kənarları diqqətə çarpan olmayan açıq rəngli bir lentlə çevrili, erkəklərin qanadları bədəndən 4–8 mm qədər çölə çıxır, dişilərin qanadları abdomenin son halqasına qədər uzanmaqla, abdomenin sonunda və alt tərəfindən və bunun yanında uzunlamasına çuxur tərəfindən bir xətt var. Yetişkinlər, 35–50 mm boyunda olurlar. == Törəməsi == Dişi Amerikan tarakanları yumurtaları üçün qoruyucu kisələr hazırlayırlar. Bu kisələr kapsul formasındadır. Tarakanlar kapsulu hazırladıqdan sonra isti və nəmli bir yerə qoyurlar. Ortalama hesabla bir kapsulda təxminən 16 yumurta olur.
Asiya tarakanı
Asiya Tarakanı (Periplaneta australasia) — Bədən rəngi qırmızımtı qəhvəyidən tünd qəhvəyi və ya qaraya qədər dəyişən bu növdə qanadlar yaxşı inkişaf etmiş, pronotum tünd qəhvəyi rəngdə olub kənarları diqqətə çarpacaq dərəcədə açıq sarı rəngdə bir lentlə çevrili olur, bu zolağın qalınlığı dəyişə bilər, ön qanadların qaidə qisimində açıq sarı rəngdə bir xətt olur, dişilərdə abdomenin sonunda və alt tərəfində, yanında uzunlamasına yarığa bənzər bir xətt var. Yetişkilər 21–34 mm boyunda olur. == Mənbə == Беляков В.Д., Яфаев Р. Х. Эпидемиология: М.,Москва, 1989, 414с. Белозеров Е. С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП "Джангар", 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р. Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с. Попов В.Ф. Руководство по эпидемиологическому ана- лизу: М., Медицина, 1973, 216с. Флетчер Р., Флетчер С., Вагнер Э. Клиническая эпиде- миология: Изд-во Медиа Сфера, Москва, 1998, 346с.
Postsovet ölkələrində tarakanların depopulyasiyası
Postsovet ölkələrində tarakanların depopulyasiyası – XXI əsrin əvvəlindən etibarən Rusiyada və keçmiş SSRİ ölkələrində bir çox tarakan növlərinin sürətlə yoxa çıxması fenomeni. Tarakanların sayının azalması bir çox faktorla əlaqələndirilir. XXI əsrin əvvəllərindən etibarən Rusiya və digər postsovet ölkələrində tarakanların populyasiyasında böyük azalma müşahidə olunur. Alimlər Rusiya, Azərbaycan, Ukrayna, Moldova, Qazaxıstan və Belarus şəhərlərində müxtəlif tarakan növlərinin sürətlə yoxa çıxdığını aşkarlayıblar. Lakin Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni-Novqorod kimi meqapolislərində bu cür azalma müşahidə olunmayıb. Çelyabinsk və Yekaterinburq alimləri hesab edirlər ki, qara tarakanlar artıq təhlükə altında olan növlər siyahısına daxil edilməlidirlər. Bəziləri tarakan populyasiyasının azalması barədə fikirləri şişirdilmiş hesab edir. Digər fərziyyəyə görə bu fenomen müvəqqəti və ya tsiklikdir. Kütləvi informasiya vasitələri bu fenomeni açıqlamaq üçün bir çox səbəb ortaya atmışdır: Geni dəyişdirilmiş məhsulların geniş istifadəsi qida zəncirinin pozulmasına səbəb olub. Zibilləri saxlamaq üçün plastik torbalardan istifadə populyarlaşıb və zibil borularının istifadəsi dayandırılıb.
Tarakankimilər
Tarakankimilər (lat. Blattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Tarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir.
Tarakanlar
Tarakanlar (lat. Blattidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan fəsiləsi. Dünyada, 3500 tarakan növü var. Bunlardan yalnız 10 növ insanların yaşadıqları mühitlərə adaptasiya olunublar. • Dişilər cütləşdikdən sonra yumurtalarını ətrafın vəziyyətinə görə uyğun bir yerə qoyurlar. • Lakin yumurta qoyma sadə olaraq gəzişdikləri gizli və isti yerlərə sığınacaq edirlər. • Ancaq dişilər yumurta paketini qoymadan əvvəl ən çox bir həftə bu paketin bir qismi abdomenin içində, bir qismi də çöldə dayanıq vəziyyətdə bərabərində daşımaqdadır. • Yumurta paketi 10–12 mm uzunluğunda və qaramtıl-qəhvəyi rəngdə olur. • Yumurta paketi içində iki sıralı olmaq üzrə ümumiyyətlə 16 ədəd yumurta olur, ancaq bu miqdar 14-18 arasında dəyişə bilər. • Yumurta paketi qoyduqdan sonra 2-3 ay içərisində açılmaqla, 30 °C'də isə bu müddət 5-6 həftə davam edə bilər.
Tarakanlar (Yu Nesbö romanı)
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir. Norveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır. Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
Tarakansisəylər
Tarakansisəylər (lat. Notoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Digər lüğətlərdə