tarazlı
tarazlılıq
OBASTAN VİKİ
Ekoloji tarazlıq
Ekoloji tarazlıq- (təbiətdə) hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı. == Ümumi məlumat == Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bununla yanaşı, orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub, normal şərait bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlılığa malikdirlər. Çox zaman ekoloji tarazlıq pozulması dedikdə atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlıq mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir.
Kimyəvi tarazlıq
== Tarazlığa təsir edən amillər == Xarici şərait dəyişmədikdə sistemin tarazlıq halı uzun müddət sabit qala bilər. Xarici şərait dedikdə temperatur, təzyiq (maddələr qaz halında olduqda) və maddələrin qatılığı nəzərdə tutulur. Bunlardan birini dəyişdikdə tarazlıq pozulur və reaksiyada iştirak edən maddələrin qatılığı yeni tarzlıq halı yaranana qədər dəyişir. Yeni yaranan tarazlıqda qatılıqların qiyməti əvvəlki qiymətindən fərqlənir. Sistemin bir tarazlıq halından digərinə keçməsinə tarzlığın yerdəyişməsi deyilir. Xarici şəraitin kimyəvi tarazlığa təsiri Le-Şatelye prinsipi ilə müəyyən edilir. Bu prinsip aşağıdakı kimi ifadə olunur: Tarazlıqda olan sistemə hər hansı xarici təsir göstərilərsə, tarazlıq həmin təsirin azalması istiqamətində yerini dəyişir. Bu zaman yerdəyişmə tarazlıq yaranana qədər davam edir. === Qatılığın tarazlığa təsiri === Le-Şatelye prinsipinə əsasən reaksiyada iştirak edən maddələrdən birinin qatılığını artırdıqda tarazlıq həmin maddənin qatılığının azalması istiqamətinə yönələr.
Termodinamik tarazlıq
Termodinamik tarazlıq və ya İstilik tarazlığı Müxtəlif dərəcədə qızdırılmış iki cisim təsəvvür edək. Təbiidir ki, bu cisimlərdən hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkət, molekullar arasında təmas yaradır. Məhz, belə təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cismin eyni istilik vəziyyətinə gəlməsinədək (bir qədər sonra tanış olacağımız temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan, özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal, istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud, molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında mövcuddur. İstilik tarazlığı halında da, atom və molekullar daimi toqquşur və bu toqquşmalar nəticəsində enerji mübadiləsi baş verir.
Biogeokimyəvi tarazlıq
Biogeokimyəvi tarazlıq – əsasən düzənlik və alçaq dağlıq ərazilərdəki təbii ərazi komplekslərində təsadüf edilir. Hər hansı bir mühit tipi üçün mövcud tarazlıq biogeokimyəvi rejimlin göstəriciləri dəyişilərkən pozulmuş olur. Biogeokimyəvi mühitdə bir sıra kompanentlərin, məsələn, C, K, S, J və s. elementlərin miqdarlarının dəyişməsi də bir mühit tipinin pozulması və digər bir mühit tipin yaranmasına gətirib çıxarır. Daha çox insanların yaşam tərzinə uyğun gələn O2 və CO2 biogeokimyəvi mühit tiplərinə uyğun gələn fiziki-kimyəvi və coğrafi göstəricilər isə ekoloji tarazlıq yaradır. Biogeokimyəvi tarazlıq şəraitində kimyəvi indikator elemenetlərin orqanizmlər tərəfindən mənimsənilmə sırası (K – Zn – Fe – Cu – Co – C) kimi olduğu ehtimal edilir. Biofil elementlərdən K, C, P, N, Fe, Co və Cu birləşmələrinin miqrasiyası yüksəkdir. J mikroelementinin tipomorfluğu, K / Na nisbətinin yüksək göstəriciləri səciyyəvidir.
Daxili dinamiki tarazlıq qanunu
"Daxili dinamiki tarazlıq qanunu"-zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. == Ümumi məlumat == İlk dəfə olaraq N. İ. Reymers tərəfindən irəli sürülmüş bu qanun onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər sıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində müəyyən dəyişikliyin yaranmasına səbəb olur. Həmçinin bu halda sistemin dinamiki, məlumat vermə və energetik keyfiyyətləri saxlanılır. Bu qanun ekosistem və biosfer də daxil olmaqla ayrı-ayrı təbii sistemlərin maddə, enerji, məlumat vermə və dinamiki keyfiyyətlərinin bütövlükdə qarşılıqlı əlaqədə olduğunu müəyyən edir və bu göstəricilərdən hər hansı birinin hər hansı dəyişməsi sistemim ümumi keyfiyyətinin saxlanılması ilə bütün digər göstəricilərinin funksional struktur kəmiyyət və keyfiyyət dəyişməsinə səbəb olur. Təbii mühitin istənilən bir elementinin dəyişməsindən sonra mütləq zəncirvari reaksiyalar artır ki, bunun da nəticəsində həmin dəyişikliyin neytrallaşmasına cəhd olunur. Qeyd etmək lazımdır ki, göstəricilərdən birinin cüzi dəyişməsi bütün ekosistem üzrə digər göstəricilərin güçlü dəyişməsinə də səbəb ola bilər.
Dinamik stoxastik ümumi tarazlıq
Dinamik stoxastik ümumi tarazlıq, DSÜT (ing. Dynamic stochastic general equilibrium, DSGE) tətbiq olunan tarazlıq nəzəriyyəsi və mikroiqtisadi prinsiplərə əsaslanan ekonometrik modellərdən istifadə edərək iqtisadi böyümə və iş dövrləri kimi iqtisadi hadisələri, habelə iqtisadi siyasətin təsirlərini izah etməyə çalışan makroiqtisadiyyat metodudur. == Terminologiya == Praktikada insanlar tez-tez müəyyən bir ekonometrik, kəmiyyət iş dövrü və ya real iş dövrü (DSÜT) modelləri adlanan iqtisadi böyümə modellərinə istinad etmək üçün "DSÜT modelləri" ifadəsini istifadə edirlər. Klassik kəmiyyət DSÜT modelləri Kydland & Prescott, və Long & Plosser tərəfindən təklif olunan modellərdir. Çarlz Plosser DSÜT modellərinin RBC modellərinin "yüksəldilməsi" olduğunu bildirdi. Çarlz Plosserə görə DSÜT mödellər RBC modellərin "yenilənmiş" halıdır. Adından da göründüyü kimi DSÜT modelləri dinamik (iqtisadiyyatın zamanla necə inkişaf etdiyini öyrənən), stoxastik (iqtisadiyyatın təsadüfi şoklardan təsirləndiyini nəzərə alaraq), ümumi (bütün iqtisadiyyata istinad edərək) və tarazlıqdır (Valrasiyanın ümumi tarazlıq nəzəriyyəsinə abunədir) == Həqiqi bir iş dövrünün modelləşdirilməsi (RBC) == Erkən real iş dövrü modelləri yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən bir təmsilçi istehlakçının yerləşdiyi bir iqtisadiyyatı postula etdi. Bu modellərdə yeganə qeyri-müəyyənlik mənbələri texnologiyalardakı "şoklar" dır. RBC nəzəriyyəsi iqtisadiyyatda baş verən real zərbələrin iş dövrü dalğalanmalarına necə səbəb ola biləcəyini öyrənmək üçün çevik qiymətlər götürdüyü neoklassik böyümə modelinə əsaslanır. "Təmsilçi istehlakçı" fərziyyəsi sözün əsl mənasında qəbul edilə bilər və ya Gormanın fərqli gəlir şokları ilə qarşılaşan və bütün varlıqlar üçün bazarlarla təchiz edilmiş fərqli istehlakçılarının toplusu ola bilər.

Digər lüğətlərdə