TARLA

I
сущ. поле (засеянный или возделанный под посев участок земли); плантация. Pambıq tarlası хлопковое поле, çəltik tarlası рисовое поле
II
прил. полевой (связанный с использованием полей для посевов, с работами в поле, на пашне). Tarla işləri полевые работы, tarla düşərgəsi полевой стан (место временного расположения, стоянки полевых бригад); зоол. tarla siçanı полёвка (небольшой грызун сем. хомяков)
TARİXYAZAN
TARLAÇI
OBASTAN VİKİ
Tarla
Tarla — Kənd təsərrüfatında növbəli əkin sahələrinə bölünmüş şum yerləri, həmçinin kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə edilən sahə.
Tarla anaqallisi
Tarla anaqallisi (lat. Anagallis arvensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin anaqallis cinsinə aid bitki növü. Anagallis arvensis var. caerulea (L.) Gouan Anagallis arvensis subsp. foemina (Mill.) Schinz & Thell. Anagallis arvensis var. pallida (Hook.f.) Hook.f. Anagallis arvensis var. parviflora (Hoffmanns. & Link) Ces., Pass.
Tarla ayıcası
Tarla ayıcası (lat. Arctia villica) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin ayıca cinsinə aid heyvan növü. Qanadları açılmış halda 50–54 mm-dir. Ön qanadlar tünd qara rəngdədir, üzərində 8 iri sarımtıl-ağ rəngli ləkələr vardır. Bunlardan zirvəyə yaxın ləkələr iri və yumru, əsasına birləşən ləklər isə pazşəkillidir. Arxa qanadları narıncı rəngdədir. Hər iki qanadın zirvəsi ön qanadların rəngi kimi tünd qaradır. Bunun altında iki yumru qara ləkə, əsasına yaxın bir kiçik qara ləkə yerləşir. Baş və döşün üzəri sıx qara rəngli tükcüklərlə örtülüdür. Qarıncığı qırmızımtıldır, hər buğum üzərində çox kiçik qara nöqtələr vardır.
Tarla belibağlısı
Tarla belibağlısı (lat. Circus cyaneus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Tarla iyesi
Tarla iyəsi — türk, tatar və altay xalq inancında tarla ruhu. Tarıq iyəsi və ya Tala (Tele) iyəsi olaraq da bilinər. Basu iyəsi və ya Etiz iyəsi ifadələri də istifadə olunur. "Tarla Gözətçisi"" olaraq da adlandırılar. Tarlanın qoruyucu ruhudur. Qır saçlı yaşlı bir qadındır və Uruq adlı bir ağacda oturur. Uzun qollu olduğu üçün göyə uzanıb buludları sıxaraq yağış yağdırar. Buna görə qonşu tarlaların iyeleri arasında döyüş çıxar. Əkin iyəsi - türk və tatar mifologiyasında əkin ruhu. Tarla iyəsi ilə əlaqəli və çox bənzər bir varlıqdır.
Tarla mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Tarla paxlakolu
Tarla paxlakolu (lat. Ononis arvensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.
Tarla qatırquyruğu
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Tarla vələmirquşu
Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir.
Tarla yoncası
Tarla yoncası (lat. Trifolium arvense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Tarla yovşanı
Tarla yovşanı (lat. Artemisia campestris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Artemisia campestris subsp. alpina (DC.) Arcang. Artemisia campestris subsp. borealis (Pall.) H.M.Hall & Clem. Artemisia campestris subsp. bottnica Lundstr. ex Kindb. Artemisia campestris subsp.
Tarla iyəsi
Tarla iyəsi — türk, tatar və altay xalq inancında tarla ruhu. Tarıq iyəsi və ya Tala (Tele) iyəsi olaraq da bilinər. Basu iyəsi və ya Etiz iyəsi ifadələri də istifadə olunur. "Tarla Gözətçisi"" olaraq da adlandırılar. Tarlanın qoruyucu ruhudur. Qır saçlı yaşlı bir qadındır və Uruq adlı bir ağacda oturur. Uzun qollu olduğu üçün göyə uzanıb buludları sıxaraq yağış yağdırar. Buna görə qonşu tarlaların iyeleri arasında döyüş çıxar. Əkin iyəsi - türk və tatar mifologiyasında əkin ruhu. Tarla iyəsi ilə əlaqəli və çox bənzər bir varlıqdır.
Adi tarlasiçanı
Adi tarlasiçanı (lat. Microtus arvalis) ― Rodentia dəstəsindan bir məməli növü.
Boz tarlasiçanı
Gəmilər tarlaya çıxır (film, 1975)
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
Mənim Ağ Tarlam (1977)
Mənim ağ tarlam (film, 1977)
Pambıq tarlalarının mexanizatorları (film, 1960)
Film Azərbaycanın pambıq tarlalarında əsl əmək qəhrəmanlığı göstərən qabaqcıl mexanizatorlardan söhbət açır. Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Əlibala Ələkbərov Musiqi tərtibatı: Şamil Kərimov Səs operatoru: Sabir İsgəndərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Sübh çağı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Torağayılı buğda tarlası
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Torağayılı buğda tarlası (rəsm əsəri)
1887-ci ildə, Vinsent van Qoq Parisdə ikən yağlı boya ilə hamı tərəfindən Torağayılı buğda tarlası olaraq bilinən rəsm əsərini çəkdi. Orta hissədə, yüngül buludlarla bəzədilmiş səma altında qismən biçilmiş buğda tarlası göstərilir. Rəsmin sol tərəfinə doğru torağayı uçur. Rəsmin ölçüləri 54 x 65.5 sm-dir və Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Muzeydə əsər Korenveld met patrijs adı ilə bilinir.
Çyornoe gölü (Tarlaşi)
Çyornoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Çyornoe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Tarlaşi kəndindən 1,5 km cənub-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 507 metr, maksimal eni isə 123 metrdir. Su səthinin sahəsi 4,44 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Su tutarının həcmi 170 min m³-dir. Yeraltı sularla qıdalanır.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.

Digər lüğətlərdə