TOĞRUL

Durna ovlayan quşa deyiblər, durnaquşu kimi də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TOĞLU
TOĞULUQ
OBASTAN VİKİ
Toğrul
Toğrul — kişi adı.
Etibar Toğrul
Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist == Həyatı == Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub. İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub. 2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib. On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, 3 övladı və iki nəvəsi var.
III Toğrul
Sultan III Toğrul (1169 – 19 mart 1194, Rey) — Arslan şahın oğlu və sonuncu İraq Səlcuq sultanı. == Həyatı == 1175-ci ildə Atası Arslan şah Həmədanda ölüm ayağında olarkən İraq Səlcuq sultanlığının idarəsini Məhəmməd Cahan Pəhləvana tapşırdıqdan ona tapşırdıqdan az sonra vəfat edir. Atabəy, Arslan şahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur. Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd onun hakimiyyətini qəbul etmir və III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı. Lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı. Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın iradəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.
Toğrul (ad)
Toğrul — kişi adı.
Toğrul Abbasov
Toğrul Bayram oğlu Abbasov (31 dekabr 1990, Hacıbadəlli, Ağcabədi rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Abbasov 31 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində Bayram Abbasovun və Aidə Abbasovanın ailəsində anadan olmuşdur. 1996–2007-ci illərdə Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi, Yağmur adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Toğrul Abbasov 2008–2010-cu illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Toğrul Abbasov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağcabədi rayonunun Hacıbədəlli kəndində dəfn olunmuşdur.
Toğrul Atakişiyev
Toğrul Ramil oğlu Atakişiyev (25 fevral 2000; Beyləqan, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Atakişiyev 2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. Müdafiə Nazirliyinin nəzdində Hərbi Polis İdarəsində çalışırdı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Atakişiyev oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Ağalarlı
Toğrul Daşqın oğlu Ağalarlı (31 yanvar 1995; Ağsu rayonu, Azərbaycan — 7 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Ağalarlı 1995-ci il yanvarın 31-də Ağsu rayonunun Ağalarbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Ağalarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Ağalarlı oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Ağalarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Bağırov
Toğrul Bağırov (Toğrul Adil oğlu Bağırov ; d. 1954, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 30 yanvar, 2019. Moskva) — Rusiya alimi; Siyasi elmlər doktoru, professor. Moskva beynəlxalq neft klubunun icraçı vitse‑prezidenti. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Amerika-Rusiya İşgüzar Şurasının (ARİŞ) daimi üzvü. == Həyatı == Bağırov Toğrul Adil oğlu 1954-cü il mayın 6-da Bakıda anadan olub. 1976-cı ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dəki səfirliyində, SSRİ-nin BMT Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1991-1992-ci illərdə Rusiya xarici siyasət fondunda Rusiya özəl biznesinə dəstək intellektual mərkəzinin proqramları üzrə vitse-prezident vəzifəsində çalışıb.
Toğrul Bozan
Toğrul Bozan (ö. 1052), 1052-ci ildə təxmini 40–57 gün Qəznəvi taxtını ələ keçirən qulam əsilli sərkərdə və Qəznəvi sultanı. Əvvəlki Qəznəvi hökmdarı Sultan Əbdürrəşidin ordu başçısı təyin etdiyi Tuğrul Bozanın vəzifəsi Səlcuqluların qarşısını almaq idi. Toğrul Bozan, 1051-ci ildə Selçuqluları məğlup edərək Sistanı ələ keçirsə də, Səlcuqların sığındığı Tak qalasını tuta bilmədi. Səlcuqlulara qarşı dövlət mövqeyini gücləndirən komandir, taxta göz dikməyə başladı. 10 noyabr 1051-ci ildə Qəznəyə doğru yürüşə başlayan Toğrul Bozan, 1052-ci ilin əvvəllərində Sultan Əbdürrəşid və on bir şahzadəyi öldürərək taxtı ələ keçirdi. Bu qətliamdan yalnız 3 şahzadə (Fərruxzad, İbrahim və Şüca) qurtula bildi. Qəznəvi Sultan Məsudun qulamlarından birinin Toğrul Bozanı xəncərlə öldürməsi nəticəsində 3 şahzadə də azad oldu. Toğrulun başı, Qəznə küçələrində gəzdirildi və beləliklə xalq, onun öldüyünə inanmış oldu. Bundan sonra Qəznəvi sərkərdələri bir araya gəldilər və sultanlıq üçün şahzadə Fərruxzadı seçdilər.
Toğrul Bərxudarov
Toğrul Məmməd oğlu Bərxudarov (30 iyun 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Toğrul Bərxudarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Toğrul Bərxudarov sentyabrın 30-da şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Toğrul Bərxudarov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Toğrul Cuvarlı
Toğrul Çingiz oğlu Cuvarlı (24 sentyabr 1939, Kirovabad) — yazıçı, ssenari müəllifi, kino redaktoru. == Həyatı == Toğrul Cuvarlı 1939-cu ildə Gəncədə doğulub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Jurnalist və tənqidçi kimi kino səhəsində çalışmışdır. Axırıncı 10 ili publisist, iqtisadi ekspert kimi fəaliyyət göstərmişdir. "Turan" İnformasiya Agentliyində informasiya mütəxəssisi kimi işləyir. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin bacı nəvəsi, ADR-in naziri Xəlil bəy Xasməmmədovun qardaşı nəvəsidir. == Filmoqrafiya == Artilleriyanın allahı sayılırdı (film, 1996) Aşkarsızlıq şəraitində... (film, 1986) Azərbaycan kinosu-80 (film, 1996) Babamızın babasının babası (film, 1981) Bir axşam... (film, 1985) Dairə (film, 1989) Dözümlü minarələr (film, 1991) El bir olsa...
Toğrul Erat
Toğrul Erat (17 iyun 1992, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi. == Karyera == Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010–2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur. == Milli komanda == 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur.
Toğrul Feyzizadə
Toğrul İlqar oğlu Feyzizadə (15 aprel 2002; Səbail rayonu, Azərbaycan — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Feyzizadə 2002-ci il aprelin 15-də Səbail rayonunun Bayıl qəsəbəsində İlqar və Günel Feyziyevlərin ailəsində anadan olub. 2008-ci ildə Naxçıvan Muxtar respublikasının Culfa rayonunun 2 nömrəli tam orta məktəbdə, 2009-2019-cu illərdə Binə qəsəbəsində Pənah Məmmədov adına 46 nömrəli tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Toğrul Feyzizadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Feyzizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Feyzizadə noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Feyzizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Fərəczadə
Toğrul Habil oğlu Fərəczadə (10 oktyabr 1993, Bico, Ağsu rayonu – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Toğrul Fərəczadə 1993-cü ilin 10 oktyabr günündə Ağsu rayonunun Bico kəndində anadan olub. == Hərbi xidməti == Toğrul Fərəczadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Toğrul Fərəczadə doğulduğu Ağsu rayonunun Bico kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Fərəczadə uğrunda şəhid olduğu torpağa tapşırıldı. Toğrul Fərəczadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Toğrul Hacıyev
Toğrul Hacıyev (əsgər, 1991) — Azərbaycan Silahlı Qüvvələrinin 04.02.1991-ci il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi. Toğrul Hacıyev (əsgər, 1996) — Azərbaycan Silahlı Qüvvələrinin 24.12.1996-cı il təvəllüdlü əsgəri, Vətən müharibəsinin şəhidi.
Toğrul İsayev
Toğrul Natiq oğlu İsayev (25 dekabr 1996, Füzuli rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul İsayev 1996-cı il dekabrın 25-də Füzuli rayonunda anadan olub. == Hərbi xidməti == Toğrul İsayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Toğrul İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul İsayev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul İsayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul İsayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Toğrul Şahtaxtinski
Toğrul Nemət oğlu Şahtaxtinski (22 oktyabr 1925, Bakı – 8 oktyabr 2010, Bakı) — kimyaçı alim, texnoloq, kimya elmləri doktoru (1968), professor (1968), Əməkdar elm xadimi (1991), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1976), Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü (2000). == Həyatı == Toğrul Şaxtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Nemət Şaxtaxtinski keçən əsrin əvvəllərində Ali texniki məktəbi bitrdikdən sonra uzun illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, anası biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zəhra Şaxtaxtinskaya isə Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri işləyib. Toğrul Şaxtaxtinski orta məktəbi bitirdikdən sonra ali təhsilini 1943-1949-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiyası fakültəsində alıb. Kimyaçı-mühəndis ixtisasına yiyələnən Şaxtaxtinski elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda aspiranturaya daxil olub və 1952-ci ildə oranı bitirib. == Əmək fəaliyyəti == Toğrul Şaxtaxtinski 1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olub. O, 1962-1975-ci illərdə Mono­merlər şöbəsinə rəhbərlik edib, o cümlədən 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri olub. Toğrul Şaxtaxtinski 1975-2002-ci il­lər­də Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitu­tunun, 2002-2010-cu illərdə isə Kataliz və Qeyri-Üzvi Kimya İns­titutunun direktoru vəzifəsini icra edib. 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olub. Toğrul Şahtaxtınski 1975-2010-cu illərdə "Azərbaycan kimya jurnalı"nın baş redaktoru olub və dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib.
Toğrul şah
Toğrul şah — Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.
Toğrul Əlizadə
Toğrul Rafiq oğlu Əlizadə (1 yanvar 2002, Yuxarı Aran, Beyləqan rayonu – 19 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Əlizadə 2002-ci il yanvarın 1-də Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Əlizadə oktyabrın 19-da Madagizin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Əlizadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.
Toğrul Əsgərov
Toğrul Şəhriyar oğlu Əsgərov (17 sentyabr 1992, Gəncə) – Azərbaycanı təmsil edən sərbəst güləşçi. 2008-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Toğrul Əsgərov, 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qızıl medala, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qızıl medalını qazanan Toğrul Əsgərov, Avropa Çempionatlarında bir dəfə – 2012-ci ildə qalib olub. Dünya Çempionatlarında isə Toğrul Əsgərov 2010-cu ildə gümüş medala sahib olub. Toğrul Əsgərov Olimpiya Oyunlarının qalibi olan ən gənc Azərbaycan idmançısıdır (19 il, 10 ay, 25 gün). Toğrul Əsgərov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Gəncə şəhərində anadan olub. Əvvəl cüdo ilə məşğul olub. 2005-ci ildən isə “Təhsil” İdman Klubunda məşqçi Elçin Zeynalovun rəhbərliyi altında güləş idman növü ilə məşğul olan Toğrul Əsgərov, 1998-2009-cu illərdə Gəncə şəhərində 7 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. == Karyerası == Toğrul Əsgərov 2007-ci ilin aprelində sərbəst güləş üzrə Gəncə Çempionatının qızıl medalına sahibi oldu.
Toğrul Əsədullayev
Toğrul Mirnazim oğlu Əsədullayev (11 mart 1982, Bakı) — musiqiçi, kamança ifaçısı. Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Əsədullayev Toğrul Mirnazim oğlu 11 mart 1982-ci ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 1991–1996-cı ildə Tofiq Quliyev adına 12 saylı UMM-ni, 1996–2000-ci ildə Asəf Zeynallı adına musiqi kollecini, 2000–2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin bakalavr pilləsini, 2004–2006-cı ildə magistratura pilləsini "Fərqlənmə diplomu" ilə bitirmiş, 2006–2009-cu ildə aspirantura pilləsində təhsil almişdır. 1994-cü ildə "Qönçə 94", 1995-ci ildə tarzən Hacı Məmmədovun xatirəsinə həsr olunmuş məktəblərarası "II Bakı müsabiqəsi"nin, 1996-cı ildə "Qönçə 96" festivalının, 1998-ci ildə "VII Respublika müsabiqəsi"nin, Muğam Assosiasiyasının təşkil etdiyi "Muğam-98", "Muğam-99" və "Muğam-2000" festivalının qalibi olmuşdur. 1997–2000-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin Əhməd Bakıxanov adına XÇA (Xalq Çalğı Alətləri) ansamblında, 2000–2004-cü ildə həmin şirkətin Baba Salahov adına "Araz" XÇA ansamblında fəaliyyət göstərmişdir. 2004-cü ildə ADMİU-də, Sumqayıt Musiqi Texnikumunda və Bülbül adına Musiqi məktəbində solo konsertlərlə çıxış etmişdir. 2005-ci ildə Alman-Azərbaycan Mədəniyyət Birliyi Kopellhaus sarayında "İki ziddiyyət" adlı solo konsert vermişdir. 1998–2008-ci illərdə Tofiq Quliyev adına 12 saylı UMM-də, 2008-ci ildən bu günə kimi Azərbaycan Milli Konservatoriyasının "İnstrumental Muğam" kafedrasında kamança müəllimi vəzifəsində çalışır. O, 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində "Xalqlararası Şərq Təranələri" festivalında I yerə, 2008-ci ildə Kanadada keçirilən "Niaqara kamera musiqisi" festivalında muğam üçlüyü tərkibində Qran-Pri mükafatına layiq görülmüşdür.
Toğrul Mikayılov
Toğrul Murtuzayev
Toğrul Tahir oğlu Murtuzayev (1 noyabr 1997; Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Toğrul Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Toğrul Murtuzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Murtuzayev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Murtuzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Toğrul Musayev
Toğrul Sirac oğlu Musayev (15 mart 1954, Bakı) — Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Toğrul Sirac oğlu Musayev 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Universiteti bitirdikdən sonra hüquq fakültəsində müəllim olmuş, Respublika Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-Hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləmişdir. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olmuşdur. 2000-ci ilin iyun ayından Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının, Apellyasiya Şurasının sədridir. Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı, "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı və digər medallarla təltif edilmişdir. Dövlət başçısının fərman və sərəncamlarına əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının üzvü, Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiya sədrinin müavinidir, bir sıra beynəlxalq konvensiyalar üzrə Azərbaycan Hökumətinin hesabatlarının hazırlanması üzrə işçi qruplarda və təqdim edilməsi ilə bağlı ölkəmizin nümayəndə heyətlərində təmsil olunur.
Toğrul Məmmədov
Mahmud Toğrul xan
Mahmud bin Yusif xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1059. ildə qardaşı oğlu I İbrahim Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. == Həyatı == Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
Toğrul (Böyük Səlcuq hökmdarı)
Toğrul bəy (təq. 990 – 4 sentyabr 1063, Təcriş[d], Böyük Səlcuq İmperiyası) — Oğuz elinin Qınıq boyundan, Böyük Səlcuqlu dövlətinin qurucusu və ilk sultanı (1040–1063) == Həyatı == Toğrul bəy Mikayıl bəy oğlu 987-ci ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf etmişdi. Çağrı bəyin ölümündən sonra onun qardaşı Toğrul bəy sultan elan edildi və bir ildən sonra onun adı zərb olunmuş pullar dövriyyəyə buraxıldı. Paytaxt Nişapurdan Reyə köçürüldü. Nişapurdan şərqdəki torpaqların idarəçiliyi Çağrı bəyə tapşırıldı. Cürcan və Kuhistanın idarəsi Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğluna həvalə olunurdu. Herat, Buşənc, Sistan və Qurlar ölkəsini idarə etmək sultan Toğrulun əmisioğlu Əbu Əli əl-Həsənə (Səlcuq bəyin oğlu Musanın övladı) tapşırılırdı. Səlcuqoğlu İsrailin oğlu Şihabəddövlə Qutalmışa qərbə — Bizans istiqamətində yürüşlər etmək, Azərbaycanı erməni-gürcü-Bizansın birləşmiş qüvvələrindən qorumaq tapşırıldı. Bu işdə ona Sultan Toğrulun anabir qardaşı İbrahim Yınaloğlu kömək göstərməli idi.
Toğrulşah
Toğrul şah — Səlcuq şahzadəsi, Məhəmmədşahın oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş lakin onun dövründə ticarət və iqtisadiyyata böyük önəm verilmişdir. Ölümü ilə hərc-mərclik başlamış, oğulları taxtda bir-birini əvəz etmişdir.

Digər lüğətlərdə