Toluol

metilbenzol, benzolaoxşar iyli, rəngsiz yanan maye. 110,60C-də qaynayır, -950C-də donur. Tərkibində həcmcə 1,27-7,0% T. olan hava partlayış cəhətdən təhlükəlidir. Sənayedə onu əsas etibarilə daş kömür qatranından və neftin termik emalından alınan məhsulardan ayırırlar. T.-dən boya, partlayıcı madə və s. istehsalında işlədilir.
Tələ
Torpağın rekultivasiyası
OBASTAN VİKİ
Toluol
Toluol (ispanca Tolu, toluan balzamı) – metilbenzol, xarakterik iyli maye olub, arenlərə aiddir. Toluol ilk dəfə P.Platye tərəfindən 1835-ci ildə küknar qatranının qovulması zamanı alınmışdır. 1938-ci ildə A.Devil tərəfindən Tolu şəhərindən Kolumbiyaya gətirilmiş balzamdan ayrılmışdır ki, adını da bu şəhərin şərəfinə almışdır. Kəskin iyli rəngsiz uçucu mayedir, zəif narkotik təsirə malikdir. Karbohidrogenlərlə, əksər spirtlərlə, sadə və mürəkkəb efirlərlə qeyri-məhdud miqdarda qarışır, su ilə qarışmır. Işığın şüasindirma əmsalı 20o C-də 1,4969- dur. Yanandır, dumanlı alovla yanır. Toluol üçün aromatik həlqədə elektrofil əvəzetmə və metil qrupunda radikal mexanizm üzrə kimyəvi xassələri əvəzetmə reaksiyaları xarakterikdir. Aromatik həlqədə elektrofil əvəzetmə metil qrupuna nəzərən orto- və para-vəziyyətlərdə üstünlük təşkil edir. Əvəzetmə reaksiyalarından başqa, toluol birləşmə (hidrogenləşmə), ozonoliz reaksiyalarına girir.
Toluolsulfoturşular
Toluolsulfoturşular — CH3C6H5-n(SO3H)n, — rəngsiz, çox hidroskopik, havada yayılan, suda, spirtdə, asetonda həll olan, dietil efirində həll olmayan maddələrdir. Onların əksəriyyətinin dəqiq ərimə temperaturu yoxdur, ona görə identifikasiyaları üçün onların efirləri, xloranhidridləri və yaxud amidləri istifadə olunur (bax. Toluolsulfoxloridlər, Toluol-sulfonidlər). tərkibində bir sulfoqrupu olan (f-l-düstur-1) toluolsulfoturşular və toluol-2,4-disulfoturşu praktiki cəhətdən əhəmiyyətlidir. n-toluolsulfoturşu(toluol-n-sulfoturşu) – molyar kütlə — 172,20, ərimə temperaturu – 350C, (monohidrat və trihidrat üçün müvafiq olaraq 104 və 930C), qaynama temperaturu – 1400C/20 mm/c.s., o-toluolsulfiturşu – havada yayılır (şişir), ərimə temperaturu 1480C olan dihidrat yaradır, m-toluolsulfoturşu – rəngsiz mayedir; toluol-2,4—disulfoturşu, molyar kütlə — 252,27; ərimə temperaturu 560C, diamidin ərimə temperaturu – 190–1910C. Toluolsulfoturşular – H2SO4 ilə müqayisə olunacaq dərəcədə güclü turşulardır. PCl5, SOCl2, SO2Cl2 və ya başqaları ilə qarşılıqlı təsir nəticəsində sulfoxloridlər, qələvi mühitdə isə spirtlərlə mürəjkkəb efirlər əmələ gətirirlər. Qələvilərlə əritmə zamanı sulfoqruplar hidroksillə əvəz olunur; KSN ilə qızdırıldıqda (2000C-dən yuxarı), nitrillər alınır. Monosulfoturşuların oleumla sulfolaşması disulfoturşular əmələ gətirir; sonrakı trisulfoturşuların alınmasına gətirib çıxaran sulfolaşma reaksiyası yüksək qatılıqlı oleum ilə 3000C-yə qədər qızdırıldıqda mümkün olur. Mineral turşu iştirakı ilə n-toluolsulfoturşusunun su məhlullarının 1800C-də qızdırılması toluol və H2SO4-ə parçalanmasına, KMnO4-ün oksidləşməsi isə onun sulfobenzoy turşusuna çevrilməsinə gətirir (səbəb olur). n-Toluolsulfoturşusunun efir və duzları tozilatlar adlanır.

Digər lüğətlərdə