XXI əsrin günəş tutulmaları
2001-ci və 2100-cü illərin arasında olan dövür ərzində 224 dəfə günəş tutulması olacaqdır. Onlardan 77-si qismən, 72-si Halqavari, 68-i tam və 7-si hibrid növlərində olacaqlar. Tutulmalar ən çox 2011, 2029, 2047, 2065, 2076 və 2094-cü illərdə baş verəcək. Bu illərin hər birinə 4 günəş tutulması düşür.
Ən uzun müddətli tam günəş tutulması 22 iyul 2009-cu ildə oldu (maksimum müddəti 6 dəqiqə 38,86 saniyə idi), ən uzun müddətli həlqəvi günəş tutulma isə 15 yanvar 2010-cu ildə (maksimum müddəti 11 dəqiqə 7,8 saniyə idi). 20 may 2050-ci ildə baş verəcək tutulma, bir ildən az olan müddət ərzində 2-ci hibrid tutulması olacaq, ondan öncəki hibrid günəş tutulması 25 noyabr 2049-cu ildə olacaq.Siyahıda dinamik vaxtda baş verəcək ən böyük tutulmaların tarixlər və saatları göstərilib, vaxt UTC ilə göstərilib. Tam və halqavari tutulmalarının maksimal mərhələsini müşahidə etməyi mümkün edən bölgələr göstərilib.