Azərbaycan Tibb Universiteti: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə
Sətir 132: Sətir 132:
Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın http://www.medlib.aznet.org saytı açılmışdır.
Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın http://www.medlib.aznet.org saytı açılmışdır.


=Tələbələr üçün=
==Tələbələr üçün==
===[[Tələbə Elmi Cəmiyyəti]]===
===[[Tələbə Elmi Cəmiyyəti]]===
1947-ci ildə [[Azərbaycan Tibb Universiteti]]ndə Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.
1947-ci ildə [[Azərbaycan Tibb Universiteti]]ndə Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.

21:53, 29 aprel 2020 tarixindəki versiya

Azərbaycan Tibb Universiteti
Loqonun şəkli
Azərbaycab Tibb Universitetinin logosu
Xəritə
40°23′46″ şm. e. 49°49′59″ ş. u.
Əsası qoyulub 1930
Rektor Gəray Gəraybəyli
Tələbə sayı 8000
Şəhər Bakı
Ölkə
Sayt amu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Tibb UniversitetiAzərbaycanın tibb profilli ali təhsil müəssisəsi.

Tarixi

AXC dövrü

Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.

1919-cu ilin may ayında tanınmış cərrah professor İ.Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.

Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ.Şirokoqorov, S.Davidenkov, F.İlyin, L.Levin, N.Uşinski, K.Malinovski, P.Rostovsev, M.Çlenov və başqalarının böyük rolu olmuşdur.Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının

Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə ŞahtaxtinskayaCeyran Sultanova.

SSRİ dövrü

1930-1940-cı illər

1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.

İkinci Dünya Müharibəsi Dövründə

1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi.

İkinci dünya müharibəsi illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhənin yaxın olmasına baxmayaraq, 1941-1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı, 2082 həkim hazırlandı. Həmin illərdə ATİ-nin müharibə dövründəki fəaliyyəti yüksək qiymətləndirildi; institut 1943-cü ildə Keçici Qırmızı Bayraqla təltif edildi.

1945-1992-ci illər

1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.

Sonrakı illər institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kafedra və kursların açılması ilə əlamətdar oldu. Belə ki, üçüncü tədris binasının tikintisi başa çatdırıldı, birinci və ikinci tədris binaları tikilib istifadəyə verildi.

Azərbaycan Tibb İnstitutu təşkil edilməsinin 50-illik yubileyi ərəfəsində səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi.


1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N.Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.

Tərkibi

Fakültələr

Bakalavr

  1. Tibb
  2. Stomatologiya
  3. Fizioterapiyatibbi reabilitasiya
  4. Tibb Bacısı işi
  5. Hərbi Tibb
  6. Əczaçılıq
  7. İctimai Səhiyyə

Rezidentura

  1. Anesteziologiya-reanimatologiya
  2. Ümumi cərrahiyyə
  3. Neyrocərrahiyyə
  4. Plastik cərrahiyyə
  5. Ürək-damar cərrahiyyəsi
  6. Uşaq cərrahiyyəsi
  7. Otolorinolarinqologiya
  8. Travmatologiya-ortopediya
  9. Onkologiya
  10. Urologiya
  11. Oftalmologiya
  12. Mamalıq-ginekologiya
  13. Psixiatriya
  14. Nevrologiya
  15. Terapiya
  16. Kardiologiya
  17. Nefrologiya
  18. Qastroenterologiya
  19. Hematologiya
  20. Dermatovenerologiya
  21. İmmunologiya
  22. Allerqologiya
  23. Yoluxucu xəstəliklər
  24. Revmatologiya
  25. Endokrinologiya
  26. Narkologiya
  27. Fizioterapiyatibbi bərpa
  28. Ftiziatriya
  29. Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
  30. Pediatriya
  31. Şüa terapiyası
  32. Şüa diaqnostikası
  33. Stomatologiya
  34. Üz-çənə cərrahiyyəsi
  35. Sosial gigiyenasəhiyyənin təşkili
  36. Gigiyena
  37. Mikrobiologiya
  38. Laboratoriya işi
  39. Genetika
  40. Epidemiologiya
  41. Tibbi menecment

Yataqxanalar

Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar digər iki yataqxana isə xarici tələbələr üçündür. Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunmuşdur. Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır.

Tədris Stomatoloji Klinikası

2002-ci ildə yaradılmışdır.Tədris Stomatoloji klinikada terapevtik, ortopedik, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası kafedraları və müalicə-profilaktika və digər fakültələrin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər, terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir.ATU-nun Tədris Stomatoloji klinikasının nəzdində tədris mərkəzi də fəaliyyət göstərir.

Onkoloji Klinika

ATU-nun nəzdindəki Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir. Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir. Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılmışdır. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır. Klinikanın əməliyyat və anestezioloji şöbəsi 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.

Tədris Terapevtik Klinikası

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ildən fəaliyyət göstərir. Klinikada efferent terapiya mərkəzi, endekrinologiya, endoskopiya, hematologiya, heriatriya, kardiologiya, klinik diaqnostik laboratoriya, kansultativ-diaqnostik poliknika, nevrologiya, pulmonologiya, allerqologiya və nefrologiya, reanimasiya və intensiv terapiya, revmatologiya və qastroenterologiya, şüa diaqnostika, təcili tibbi yardım, ürək-damar mərkəzi, uşaq kardio-revmatologiya, uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbələri fəaliyyət göstərir.

Klinikada 12 klinik kafedra yerləşdirilmişdir. Bu tibb ocağında eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağı var.

Tədris Cərrahiyyə Klinikası

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur.Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Klinikanın mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.

Kitabxana

Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası universitetin 5 saylı tədris binasında yerləşir. Əsaslı Kitabxanada 260 nəfərlik 3 oxu zalı var. Zallardan birində fərdi noutbuklar üçün 32 yer quraşdırılıb. Oxuculara 9 kompüterlə xidmət edilir. Kitab fondu 805 min nüsxəyə çatmışdır. Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın http://www.medlib.aznet.org saytı açılmışdır.

Tələbələr üçün

Tələbə Elmi Cəmiyyəti

1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.

Dərnəklər

  1. Rəqs-"Çinar" rəqs ansamblı bütün dünyada tanınır. 1998-ci ildə "Çinar" ansamblı Fransada keçirilən xalq yaradıcılığı festivalında dünyanın 38 ölkəsinin kollektivləri arasında III yeri tutmuşdur.
  2. Musiqi-"Şəfa" xalq instrumental ansamblı

Rektorlar

  1. M.Qədirli (1930).
  2. N.Məmmədli (1931-1932)
  3. Ə.Əliyev (1932-1934)
  4. M.Hüseynov (1934-1935)
  5. Əziz Əliyev (1935-1938)
  6. M.Əliyev (1938-1942)
  7. Z.Məmmədov (1943-1946)
  8. Bahadur Eyvazov (1946-1964)
  9. X.Həsənov (1964-1968)
  10. B.Məcidov (1968-1972)
  11. Z.Quliyeva (1972-1983)
  12. Y.Məmmədov (1983-1992)
  13. Əhliman Əmiraslanov (1992-2015)
  14. Gəray Gəraybəyli (2016-Hal-hazırda)[1].

Xarici əlaqələri

Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər Birliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür.

USAID,Amerika-Avstriya Fondu (AAF), Almaniya Akademik Mübadilə Xidməti (DAAD), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Dünya Bankı, British Council və s. ilə əməkdaşlıq edir. Azərbaycan Tibb Universiteti ABŞ Dövlət Departamentinin Fulbright, Avropa İttifaqının Erasmus+, Türkiyənin Mevlana proqramları ilə əməkdaşlıq edir.

İstinadlar

  1. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar G.Ç.Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 11 aprel 2016. İstifadə tarixi: 11 aprel 2016.

Xarici keçidlər