İqtisadiyyat İnstitutu (Azərbaycan)

Vikipediya, azad ensiklopediya
Rzayev Rafiq (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:45, 13 noyabr 2018 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
AMEA İqtisadiyyat İnstitutu
Fayl:İqt. İnstitututu -LOQO.jpg
Növü Elmi-Tədqiqat İnstitutu
Fəaliyyəti İqtisadiyyat
Yaranma tarixi 1958
economics.com.az


İqtisadiyyat İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır [1]. İnstitutun direktoru iqtisad elmləri doktoru, professor Nazim İmanovdur.

Tarixi

Azərbaycan Milli Elmlər Akademiyası sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhfələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. İqtisadiyyat İnstitutu əvvəllər SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyatCoğrafiya sektorunun, 1945-ci ildən isə Azərbaycan EA-nın nəzdində fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır.

İnstitut fəaliyyətə başladığı ilk dövrdə (1958-1960-cı illərdə) onun quruluşu 5 şöbədən - «Siyasi iqtisad və iqtisadi fikir», «Sənaye iqtisadiyyatı», «Kənd təsərrüfatının iqtisadiyyatı», «Sosialist istehsalının yerləşdirilməsi» və «Xalq təsərrüfatı tarixi»ndən ibarət olub. Sonrakı dövlərdə (1961-1965, 1966-1970, 1971-1985, 1986-1990-cı illər) İnstitutda aparılan elmi-tədqiqat işləri bütünlüklə götürüldükdə keçmiş İttifaqRespublikanın hökumətdövlət orqanları tərəfindən müəyyən edilmiş həmin dövrlərin mühüm iqtisadi problemlərinin və dövlət tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmişdir.

XX əsrin 70-80-cı illərində İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin səviyyəsini səciyyələndirən ən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, bu dövrdə İnstitut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.

1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqillik qazanması ilə yanaşı, bazar iqtisadiyyatına keçid ölkəmizin iqtisadiyyatının və iqtisad elminin inkişafı sahəsində də yeni mərhələnin başlanğıcı olmuş, habelə İqtisadiyyat İnstitutunun qarşısında yeni dövrün tələblərinə uyğun vəzifələr qoymuşdur. Müstəqillik illərində AMEA İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirmiş, peşəkar milli kadrların, iqtisadçı alimlərin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. İnstitut bir sıra dövlət tapşırıqlarını uğurla icra etmiş, ciddi elmi nailiyyətlər qazanmışdır. Son illərdə İnstitutda iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin sosial-iqtisadi inkişafa təsirinin kəmiyyətcə ölçülməsi metodologiyası müəyyən edilmiş, bu metodologiya əsasında tənzimlənmənin nəticələrini qiymətləndirməyə imkan verən İqtisadiyyatın solluğu (sağlığı) – İS (S)İ indeksi hesablanmışdır. Bu metodologiya və indeks dünya ölkələrində həyata keçirilən iqtisadi islahatların nəticələrini təhlil etməyə, qiymətləndirməyə, müqayisə aparmağa və proqnazlaşdırmağa imkan verir.

İqtisadiyyat İnstitutunda Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd Mahmudov, Asəf Nadirov, Ağasəlim Ələsgərov kimi tanınmış iqtisadçı alimlər çalışmışdır.

İqtisadiyyat İnstitutu yarandığı 1958-ci ildən 1964-cü ilədək onun direktoru vəzifəsində iqtisad elmləri namizədi H.T.Hüseynov, 1964-1989-cu illərdə akademik Ə.Ə.Mahmudov, 1991-1998-ci illərdə AMEA-nın müxbir üzvü A.K.Ələsgərov, 1999-cu ilin yanvar ayından 2008-ci ilin iyun ayına kimi AMEA-nın müxbir üzvü, i.e.d. professor Ş.M.Muradov, 2008-ci ilin iyun ayından 2014-cü ilin may ayına kimi i.e.d., professor İ.H.Alıyev çalışmışdır. 2014-cü ilin may ayından İnstituta i.e.d., professor Nazim İmanov (Müzəffərli) rəhbərlik edir.

Struktur bölmələri

Hazırda AMEA İqtisadiyyat İnstitutu aşağıdakı strukturda fəaliyyət göstərir:

  1. “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsi;
  2. “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsi;
  3. “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsi;
  4. Qloballaşmabeynəlxalq iqtisadi münasibətlər” şöbəsi;
  5. Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsi;
  6. “Sənaye siyasəti və investisiya problemləri" şöbəsi;
  7. Sahibkarlıqinhisarçılığın tənzimlənməsi problemləri” şöbəsi;
  8. “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsi;
  9. “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsi;
  10. “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsi;
  11. İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsi ;
  12. “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsi;
  13. Maliyyə, pul-kredit siyasəti” şöbəsi;
  14. “Beynəlxalq əlaqələr” şöbəsi;
  15. İctimaiyyətlə əlaqələr” şöbəsi;
  16. Təhsil” şöbəsi.

İnstitutun tərkibində elmi-tədqiqat işləri müvafiq şöbələrdə davam etdirilməkdədir. Hazırda AMEA İqtisadiyyat İnstitutunda 187 nəfər çalışır. Onlardan 126 nəfəri elmi işçidir. Elmi işçilərin 74 nəfərinin elmi dərəcəsi vardır. Elmi dərəcəsi olanların 56 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 18 nəfəri isə elmlər doktorudur ki, onlardan da 2 nəfəri AMEA-nın müxbir üzvüdür. 2014-cü ildən İnstitutda gəncləşmə prosesi davam etdirilir. 2014-2018-ci illərdə yaşı 30-a qədər olan 20-yə yaxın gənc İnstituta işə qəbul olunmuşdur. Bu gənclər İnstitutun elmiictimai həyatında yaxından iştirak edirlər.

İqtisadiyyat İnstitutunda daimi fəaliyyət göstərən “müzakirə və mükalimə meydançaları” da yaradılıb. Hal-hazırda İnstitutda 3 klub fəaliyyət göstərir:

1. “Kreativ İqtisadiyyat” diskussiya klubu. Burada təkcə İnstitutun öz alimləri deyil, həm də kənar təşkilatlardan dəvət olunmuş mütəxəssislər, o cümlədən dövləthökumət orqanlarının nümayəndələri çıxış edirlər. Mütəmadi olaraq seminar-diskussiyaların keçirildiyi bu Klubun fəaliyyəti həm də iqtisadçı alimlərin dövlət qurumları ilə əməkdaşlığını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.

2. “Doktorantlar” klubu. Hazırda İqtisadiyyat İnstitutunun 160 doktorant və dissertantı var. Bu Klubda İnstitutun aparıcı alimləri doktorantlar qarşısında müxtəlif maraq dairələri üzrə ayrı-ayrı mövzularda mühazirələr oxuyur, müzakirələr aparırlar.

3. “Gənc alimlər” diskussiya klubu. Bu Klubda İnstitutun gənc mütəxəssisləri özləri məruzə və mühazirələrlə çıxış edir, elmi müzakirələr aparırlar. İndiyədək klubda bir çox maraqlı seminar-diskussiyalar keçirilib.

İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq və Namizədlik Dissertasiya Şuralarında 1000-dən çox namizədlik və 100-ə yaxın doktorluq dissertasiyası müdafiə olunmuşdur. 1700-ə yaxın monoqrafiya və kitab nəşr edilmişdir.

İqtisadiyyat İnstitutunda dövri olaraq iki elmi jurnal ("AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası", "Elmi Əsərlər"), analitik bülletenlər nəşr olunur və İnternet saytı (economics.com.az) fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri və elmi-tədqiqat prioritetləri

İnstitutun əsas elmi istiqaməti Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial-iqtisadi problemlərinin tədqiqi olub, müasir iqtisadiyyatın mühüm aspektlərinin həllinə yönəldilmişdir. İnstitut öz tədqiqatlarında dövlət proqramlarının, strategiyakonsepsiyaların qarşıya qoyduğu məqsəd və vəzifələri əsas tutur.

Postneft iqtisadiyyatı quruculuğu və bununla bağlı tənzimləmə hazırda dövlətin sosial-iqtisadi siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan İqtisadiyyat İnstitutunun fəaliyyət istiqamətləri və elmi-tədqiqat prioritetləri arasında yeni (postneft) iqtisadiyyatın normativ-hüquqi bazasının formalaşdırılması, prosesin gedişində sosial-iqtisadi münasibətlərin yeni iqtisadiyyata uyğunlaşdırılması, qeyri-neft sahələrinin inkişafı ilə bağlı islahatların səmərəliliyinin artırılması və s. istiqamətlərdə araşdırmaların aparılması, həmçinin Azərbaycan iqtisadiyyatı üçün önəmli olan beynəlxalq təcrübənin üzə çıxarılması, postneft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi üçün zəruri islahatların həyata keçirilməsi ilə bağlı təklif və tövsiyələrin hazırlanması əhəmiyyətli yer tutur. Yaxın gələcəkdə İnstitutu iqtisadi tədqiqatların ekspert mərkəzinə çevirərək gəncləşmə siyasətini davam etdirmək və bu elmi təşkilatı dünya arenasına çıxarmaq nəzərdə tutulmuşdur.

Əldə edilən mühüm nəticələr

Sovet dövründə əldə olunan nəticələr

İnstitut yarandığı ilk dövrlərdə bir sıra mühüm nəticələr əldə etmişdir. Bu nəticələr arasında akademik Ə.S.Sumbatzadənin «XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı» (Bakı, 1958, rus dilində) elmi əsəri; müxbir üzv B.Y.Axundovun «İnqilaba qədərki Bakı Neft Sənayesində inhisarçı kapital» (Moskva, 1959); R.N.İmanzadənin «Azərbaycanın dəniz neft yataqlarının işlənməsinin iqtisadiyyatının əsas məsələləri» (Bakı, 1958, rus dilində) adlı əsərlər Mərkəzi İttifaq tərəfindən mühüm nəticələr olaraq qəbul edilmişdir.

Keşən əsrin 70-80-ci illərində İnstitut əməkdaşlarının 23 elmi nəticəsi keçmiş SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən Sovet elminin ən mühüm nailiyyətləri kimi qiymətləndirilərək, SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmişdir.

Sovet dövründə əldə edilən mühüm nəticələr sırasına: “Azərbaycan SSR-də uzunmüddətli perspektivdə xalq təsərrüfatı sahələrinin inkişaf etdirilməsi və məhsuldar qüvvələrin Respublika ərazisində yerləşdirilməsi proqramı”nın işlənməsini, “Azərbaycan regionları üzrə əmək ehtiyatları balansı”nın tərtib edilməsini və s. bu kimi o dövrdə respublika iqtisadiyyatının inkişafında nəzərə alınan çox əhəmiyyətli tədqiqatlar yerinə yetirilmişdir. 1986-1990-cı illərdə SSRİ EA və Elm və Texnika Üzrə SSRİ Dövlət Komitəsinin, habelə Azərbaycan SSR EA və Dövlət Plan Komitəsinin tapşırığına əsasən “Demoqrafiya və əmək ehtiyatlarından səmərəli istifadə edilməsi” və “Əhali, əmək ehtiyatları və əməyin mühafizəsi” üzrə elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələrinin Kompleks Proqramı işlənib hazırlanmış və Azərbaycan SSR EA və Dövlət Plan Komitəsinə, habelə SSRİ EA və Elm və Texnika Üzrə SSRİ Dövlət Komitəsinə təqdim edilmişdir.

Eyni zamanda Azərbaycan KP MK-nın, Respublikanın Dövlət Plan və Əmək Komitələri, Mərkəzi Statistika İdarəsi və Peşə-Texniki Komitəsinin tapşırığı ilə “1990-cı ilədək olan dövrdə Azərbaycan SSR-də demoqrafik inkişaf və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinin” Məqsədli Kompleks Proqramı işlənib hazırlanmış dövlət təşkilatlarına təqdim edilmişdir.

Bu tədqiqatlar arasında “1986-2005-ci illərdə (beşilliklər üzrə) SSRİ-nin elmi-texniki tərəqqisinin kompleks proqramı” (Moskva, 1983); “1991-2010-cu illərdə (beşilliklər üzrə) SSRİ-də elmi-texniki tərəqqinin kompleks proqramı” (Moskva, 1989); “2000-ci, 2005-ci2010-cu ilədək olan dövrdə elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri” və digərlərinin adlarını çəkmək olar.

Müstəqillik illərində əldə olunan nəticələr

Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin 28 dekabr 1998-ci il və 23 iyun 2003-cü il tarixli sərəncamlarına müvafiq olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-cü il) işlənib hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir. Bu dövrdə habelə Azərbaycanın yeni rayonlaşma şəbəkəsi də hazırlanmış və dövlət tərəfindən qəbul edilmişdir.

İnstitutda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı bir çox elmi-tədqiqat işləri aparılmışdır. 2014-cü ildə AMEA İqtisadiyyat İnstitutunda müəllifi i.e.d., prof. Nazim Müzəffərli (İmanov) olan və dünya iqtisad elmində ilk dəfə olaraq dövlətlərin iqtisadiyyata müdaxilə səviyyəsini ölçməyə, ölkədə aparılan iqtisadi islahatları dəyərləndirməyə imkan verən metodologiya hazırlanmışdır. Bu metodologiyanın innovasiya xüsusiyyəti ondan ibarətdir ki, dünyanın müxtəlif ölkələrində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin səviyyəsini ölçməyə imkan verən tədqiqat işi yerinə yetirilmiş və ilk dəfə olaraq İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ hesablanmışdır. Bu indeksdə hazırda geniş tətbiq olunan “şaquli” sıralamalardan (rənkinqlərdən) fərqli olaraq, ölkələr “üfiqi” şkala üzərində sıralanmışdır. Bu tədqiqatın nəticəsi dövlətin iqtisadiyyata müdaxilə səviyyəsini, iqtisadi sistemləri, dövlətin həyata keçirdiyi tənzimləmə siyasətinin effektivliyini müəyyən etməyə imkan verir. İS(S)İ müxtəlif ölkələrdə həyata keçirilən iqtisadi islahatların nəticələrini qiymətləndirməyə və islahatların gələcək effektlərini proqnozlaşdırmağa imkan verir [2]. 2015-ci ildən başlayaraq İS(S) İndeksi üzrə tədqiqatlar aparılır və hesabatlar dərc olunur. Hazırda tədqiqata cəlb olunan ölkələrin sayı 100-ə çatdırılmışdır.

İnstitutda “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Bu sənəd layihəsi 26 sentyabr 2018-ci il tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuşdur. Bu proqram Azərbaycanda yenidir. Proqramda nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu ilə biznes mühitinin yaxşılaşmasına və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına istiqamətlənmişdir. Proqramın strateji məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan transaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsi, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan transaksiya xərclərinin azaldılmasıdır.

İqtisadiyyat İnstitutu Respublika Prezidenti İlham Əliyevin bir sıra fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının icrasında iştirak edir. Belə ki, 2003-cü ildən başlayaraq İnstitut onlarla dövlət proqramının həyata keçirilməsində mühüm rol oynamışdır. Hazırda İnstitut aşağıdakı proqramların icrasında iştirak edir:

Eyni zamanda İnstitutun əməkdaşları “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə əlaqəli nazirliklərdə yaradılan işçi qruplarında, habelə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli Sərəncamının 2.3-cü bəndinin icrası istiqamətində yaradılan işçi qrupunda, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, ARDSK-nın, AMEA-nınAHİK-in 28 iyul 2017-ci il tarixli F-III nömrəli əmrə əsasən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun 3.2 maddəsinin və "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” yaradılan işçi qrupunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il Fərmanı ilə təsdiqlənmiş “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” tərəfindən yaradılan işçi qrupunda təmsil olunurlar.

Yuxarıda adları çəkilən proqram və konsepsiyaların həyata keçirilməsi məqsədilə İnstitutda iqtisadiyyatın bir çox sahələrini əhatə edən tədqiqatlar aparılır, məqalələr dərc etdirilir, ölkədə və xaricdə təşkil olunan konfranslarda iştirak edilir.

Kadr hazırlığı

İqtisadiyyat İnstitutu yarandığı dövrdən iqtisadi nəzəriyyə, Azərbaycanın xalq təsərrüfatı tarixi, əməyin iqtisadiyyatı, əhalisakinliyi və demoqrafiya, sənaye və kənd təsərrüfatı iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşdirilməsi və regional iqtisadiyyat sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlayır. Bu sahələr üzrə İnstitutda uzun illərdən bəri fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq və Namizədlik Dissertasiya Şuralarında 1000-dən çox namizədlik və 100-ə yaxın doktorluq dissertasiyası müdafiə olunmuşdur. Bu müdafiə şuralarında təkcə İnstitut əməkdaşları deyil, respublikanın ali məktəblərində, elmi tədqiqat institutlarında və digər təşkilatlarında çalışan alim və mütəxəssislər, həmçinin Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, QırğızıstanGürcüstanın, o cümlədən Türkiyə, İran, İraq, Yəmən, Əlcəzair və digər ölkələrin vətəndaşları da elmi işlərini müdafiə etmişlər.

AMEA İqtisadiyyat İnstitutu yarandığı dövrdən etibarən fundamental elmlə təhsilin qarşılqlı əlaqəsinin inkişafında da əhəmiyyətli rol oynamışdır. İnstitutda yetişdirilən kadrlar, yüksəkixtisaslı iqtidasçı alimlər Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və s. ali təhsil müəssisələrində çalışır, elmi-pedaqoji fəaliyyətlə məşğul olurlar.

İnstitutun bir çox əməkdaşı universitetlərin iqtisadiyyat yönümlü fakültələrində pedaqoji fəaliyyət göstərmiş və bu gün də fəaliyyət göstərməkdədirlər. Təcrübə keçmək üçün universitetlərdən göndərilən tələbələrə və ixtisasartırma üçün göndərilən müəllimlərə İnstitutda hərtərəfli şərait yaradılır. Bu günə qədər onlarla dərs vəsaiti nəşr olunaraq tələbə-müəllim heyətinin istifadəsinə verilmişdir.

Xarici və daxili əməkdaşlıq əlaqələri

İnstitutun əməkdaşları fəaliyyət göstərdikləri illər ərzində keçmiş İttifaqın Elmlər Akademiyalarının və SSRİ Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutlarının, müttəfiq respublikaların Elmlər Akademiyalarının və Dövlət Plan Komitələrinin nəzdində olan bir sıra elmi-tədqiqat iqtisadiyyat institutlarının alimləri ilə sıx əlaqədə işləmiş, onlarla birlikdə bir sıra elmi-tədqiqat işləri yerinə yetirib, alınan nəticələri istifadə olunmaq üçün ümumittifaq hökümət və dövlət orqanlarına təqdim etmiş, çoxlu fundamental tədqiqat əsərləri yazıb İttifaq respublikalarının nüfuzlu nəşriyyatlarında çap etdirmişlər.

Vəzifəsi respublikada iqtisadiyyat elminin inkişaf istiqamətlərini və strategiyasını müəyyənləşdirmək, onun əlaqələndirilməsini təmin etmək və fundamental tədqiqatlar aparmaqla ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət göstərməkdən ibarət olan AMEA İqtisadiyyat İnstitutunun xarici əlaqələri geniş və əhatəlidir. İnstitut MDB ölkələri, o cümlədən Rusiya Federasiyası, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan və digər Orta Asiya respublikaları, o cümlədən bir sıra yaxın və uzaq xarici ölkələrin beyin mərkəzləri ilə, həmçinin beynəlxalq təşkilatlarla elmi əməkdaşlıq edir.

2017-ci ildə İnstitut beynəlxalq əlaqələrini əvvəlki illərlə müqayisədə xeyli genişləndirmişdir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə İnstitutda "Beynəlxalq əlaqələr" şöbəsi yaradılmışdır. Belarus Elmlər Akademiyası İqtisadiyyat İnstitutu ilə birgə tədqiqatların aparılması istiqamətində müqavilə bağlanmışdır. 2017-ci ildə Çin Sosial Elmlər Akademiyasının (ÇSEA) İqtisadiyyat İnstitutu ilə daha sıx əməkdaşlıq qurulmuşdur. 2018-ci ilin iyun ayında ÇSEA İqtisadiyyat İnstitutunun direktoru professor Pei Changhonqun rəhbərliyi ilə nümayəndə heyəti “İqtisadiyyata dövlət müdaxiləsinin ölçülməsi metodologiyası” elmi-tədqiqat işləri ilə tanış olmaq üçün İnstitutun qonağı olmuşdur. İnstitutun əməkdaşları Çinin maliyyə dəstəyi ilə təşkil olunan seminarda iştirak etmişlər. Hazırda İnstitut Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Finlandiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Çin və s. ölkələrlə sıx əməkdaşlıq edir.

İnstitut Azərbaycan Respublikasının dövlət orqanları - İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Energetika Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər dövlət qurumları ilə, eləcə də ölkə universitetləri ilə yaxından əməkdaşlıq edir. İnstitutun İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzi ilə daha sıx əməkdaşlığı vardır. 2017-ci ildə İnstitutda Mərkəzi Bank və “Master Card Advisors”un sifarişi ilə haqqı ödənilməklə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsi hazırlanmışdır.

Mənbə

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. http://www.economics.com.az
  2. N.Müzəffərli. İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə