Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsinin əsasım Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar. Əvvəllər Qazmalar, bir müddət Qımılqazma, Qımılpalasa da adlanmış, sonra isə qazma sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adım almışdır.[2]
Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.[3]