Sloveniya–Yaponiya münasibətləri

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:01, 10 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Sloveniya–Yaponiya münasibətləri
Slovenia və Yaponiya
 Sloveniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sloveniya–Yaponiya münasibətləri (sloven. Odnosi med Japonsko in Slovenijo; yap. 日本とスロベニアの関係) – Sloveniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Sloveniyanın Tokioda, Yaponiyanın Lyublyanada səfirliyi yerləşir.

Tarixi

Yaponiya Sloveniyanın müstəqilliyini 17 mart 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 oktyabr 1992-ci ildə qurulmuşdur.[1] 2006-cı ildə Yaponiyanın Sloveniyadakı səfirliyi açılmışdır.[2]

İqtisadiyyat

Mədəniyyət

Sloveniyada bir sıra muzey və təşkilatlar yapon mədəniyyətinin təbliği ilə məşğul olur. 2013-cü ildə yaradılmış "Genki" təşkilatı Sloveniyadakı bu cür yapon dili və mədəniyyəti mərkəzlərindən biridir. Bu təşkilat tərəfindən hər il keçirilən "Yaponiya günü" tədbirinə minlərlə ziyarətçi qatılır. Sloveniya Milli Muzeyinin kolleksiyasına bir neçə yapon silahı və zirehi daxildir. Muzey 2017-ci ildə samuraylara həsr olunmuş sərgiyə ev sahibliyi etmişdir. Piran şəhərində yerləşən Sergey Maşera Dənizçilik Muzeyində XIX əsrin ikinci yarısında Avstriya-Macarıstan donanması ilə Yaponiyaya səfər etmiş sloven dənizçilərin özləri ilə gətirdikləri yapon əşyaları saxlanılır.[2]

2006-cı ildə Sloveniyada ilk çado qrupunun əsası qoyulmuşdur. 2016-cı ildə Sloveniya Etnoqrafiya Muzeyində Sloveniya Urasenke Tankokay Çado Assosiasiyası yaradılmışdır. Bu, Urasenke çay mərasimi məktəbinin Yaponiyadan kənarda olan 110-cu rəsmi nümayəndəsidir. 1985-ci ildən Yaponiyada yaşayan sloven fotoqraf Qorazd Vilharyaponiya mədəniyyəti haqqında bir sıra əsərlər yazmış və sərgilər keçirmişdir.[2]

1995-ci ildə Lyublyana Universitetinin incəsənət fakültəsində yaponşünas Andrey Bekeş tərəfindən asiyaşünaslıq kafedrası yaradılmışdır. Burada çinkoreya dilləri ilə yanaşı yapon dili də tədris olunur.[2]

2001-ci ildə Sloveniyanın Sloven-Qradeç şəhəri ilə Yaponiyanın Myoko şəhəri qardaşlaşmışdır. İki şəhər arasında mütəmadi olaraq təhsil mübadilələri baş verir.[3]

İstinadlar

  1. Đogić, Mojca Pristavec. "Priznanja samostojne Slovenije" (PDF) (slovencə). sentyabr 2016. İstifadə tarixi: 11 may 2024.
  2. 1 2 3 4 Hrvatin, Klara. "Japonska med nami" (slovencə). Lyublyana Universitetinin İncəsənət fakültəsi. 5 may 2017. İstifadə tarixi: 10 may 2024.
  3. "妙高市の高校生 姉妹都市スロベニアに出発". Myoko şəhərinin saytı (yaponca). 18 oktyabr 2018. İstifadə tarixi: 10 may 2024.

Xarici keçidlər

  • [ Yaponiyanın Sloveniyadakı səfirliyi]
  • [ Sloveniyanın Yaponiyadakı səfirliyi]