Ermənistan–Yaponiya münasibətləri

Ermənistan—Yaponiya münasibətləriErmənistanYaponiya arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yaponiya arasında ikitərəfli münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə qurulmuşdur.

Ermənistan—Yaponiya münasibətləri
Ermənistan və Yaponiya
 Ermənistan  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan Prezidenti Robert Köçəryan 2001-ci ilin dekabrında Yaponiyaya rəsmi səfər etmiş, burada Yaponiyanın imperatoru və baş naziri ilə görüşmüşdür. Ölkənin ən qısa zamanda Tokioda səfirlik açmağı planlaşdırdığını bildirmişdir[1]. Yaponiyada təxminən 20 ilə 100 arasında erməni əsilli insanın yaşadığı deyilir.

Tarix[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Ermənistan müstəqil bir dövlət olaraq qurulur və 1920-ci ilə qədər mövcud olur. Yeni dövləti tanıyan ölkələr arasında Yaponiyada olur. Diana Abqar Ermənistanın Yaponiyadakı ilk səfiri olur. Çağdaş Ermənistan və Yaponiya arasında münasibətlər rəsmi olaraq 7 sentyabr 1992-ci ildə quruldu. Bundan əvvəl münasibətlər Sovet İttifaqı vasitəsilə həyata keçirilirdi.

Başlanğıcda Ermənistan Yaponiyada Pekindəki səfirliyi, Yaponiya isə Ermənistanda Moskvadakı səfirliyi vastəsi ilə təmsil olunurdu. Ermənistanın Tokiodakı səfirliyi 13 iyul 2010-cu ildə, Yaponiyanın İrəvandakı səfirliyi isə 1 yanvar 2015-ci ildə açılmışdır[2]. Əvvəlcə Ermənistanın Yaponiyada səfiri yox idi. Qrant Poqosyan 2012-ci ilin mayında ilk səfir təyin olunur[3].

29 iyun 2017-ci il tarixində Yaponiya Xarici İşlər Nazirinin müavini Motome Takisava 1 sentyabr 2017-ci il tarixindən etibarən Ermənistan vətəndaşları üçün viza tələblərinin sadələşdiriləcəyini bildirir[4] və 31 avqust 2017-ci il tarixində Ermənistan Yaponiya vətəndaşları üçün viza rejimini ləğv edir[5].

Qondarma Erməni Soyqırımı[redaktə | mənbəni redaktə et]

İkinci Dünya müharibəsi və onda sonra baş vermiş müharibələr, üstəlik Yaponiya Türkiyə arasında yaranmış isti münasibətlərdən dolayı bu ölkənın qondarma soyqırımı tanımaqdan imtina etməsinə səbəb olur[6].

Dağlıq Qarabağ münaqişəsi[redaktə | mənbəni redaktə et]

Yaponiyadakı erməni diasporu kiçik və hərəkətsizdir. Burada yaşayan ermənilərin əksəriyyəti 1980-ci illərdə Suriyadan, Livandanİrandan Yaponiyaya köçmüş ermənilərdir. Bu səbəbdən fəal diaspor mümkün deyil. Azərbaycan–Yaponiya münasibətlərinin yüksən olması səbəbindən Yaponiya Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mövqeyini dəstəkləyir[7].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Armenia's President met Japan's Emperor". PanArmenia Net. 20 December 2001. 10 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2010.
  2. "Japan-Armenia Relations". Ministry of Foreign Affairs of Japan. 4 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2017.
  3. Maruko, Mami. "Envoy acts as bridge between Japan, Armenia". Japan Times. 12 November 2012. 18 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2017.
  4. "Relaxation of Visa Requirements Nationals for Armenia". Ministry of Foreign Affairs. 29 June 2017. 4 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2017.
  5. Ghazanchyan, Siranush. "Armenia lifts visa requirements for citizens of Japan". Public Radio of Armenia. 31 August 2017. 4 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2017.
  6. "Arxivlənmiş surət". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.
  7. ""Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın baş naziri Ryutaro Haşimoto ilə görüşdəki söhbətindən" (Baş nazirin rəsmi iqamətgahı, 26 fevral 1998-ci il) sənədinə tarixi arayış". 2016-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-03.