Ukrayna–Yaponiya münasibətləri (ukr. Українсько-японські відносини; yap. 日本とウクライナの関係) – Ukrayna ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiya Ukraynanın müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımışdır. Ölkələr arasında tam diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə yaranmışdır. Ukraynanın Tokioda,[1] Yaponiyanın isə Kiyevdə səfirliyi yerləşir.[2]
Ukrayna–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ildən etibarən Ukrayna ilə Yaponiya arasında iqtisadi əlaqələr güclənməyə başlamışdır. InvestUkraine, Ukrayna–Yaponiya Mərkəzi və Yaponiya Xarici Ticarət Təşkilatı kimi qrupların sponsorluğu ilə ölkələr arasındakı daimi iqtisadi əlaqələr yaranmışdır.[3] 25 mart 2009-cu ildə Ukrayna baş naziri Yuliya Timoşenko Yaponiyaya səfər edərək Yaponiya baş naziri Taro Aso ilə görüşmüşdür. Birgə bəyannamədə onlar ticarət, investisiya və enerji mühafizəsi sahələrində mümkün əməkdaşlığı dəstəkləmiş və son iqtisadi böhranın effektləri müzakirə etmişdirlər.[4]
Yaponiyaya Ukraynaya polad borular və avtomobillər ixrac edir, bunun qarşılığından Ukraynadan alüminium və qida məhsulları idxal edir.[5] 15 iyul 2008-ci ildə Kioto protokolunun iştirakçısı olan Yaponiya BMT-nin iqlim dəyişikliyi müqaviləsinin tələbini yerinə yetirmək üçün Ukraynadan istixana effekti qazı emmisiyaları üçün vəsaitlər almağa razı olmuşdur.[6] Razılaşma 26 mart 2009-cu ildə əldə olunmuşdur.[7]
Yaponiya Ukraynanın təhsil və mədəniyyət institutlarına maddi dəstək olmuş, 1998–2009-cu illərdə 4,3 milyon dollardan çox vəsait ayırmışdır. Bundan əlavə, Yaponiya Ukraynanı 151,8 milyon dollardan çox qrantla təmin etmişdir.[8]
Ukrayna prezidenti Viktor Yuşşenko 2005-ci ilin iyulunda Yaponiyaya səfər etmiş və Çernobılda arındırma proqramından bəhs etmişdir.[9]
30 oktyabr 2011-ci ildə Yaponiya hökuməti Çernobıl nüvə fəlakəti ilə bağlı Ukraynanın təcrübəsini öyrənmək üçün Kiyevdəki səfirliyinin işçilərinin sayını 30-dan 36-a qaldırmışdır. Həmin dövrdə Yaponiya Fukuşima Dayiçi nüvə fəlakətinin fəsadlarını aradan qaldırmağa çalışırdı.
Ukrayna prezidentlərindən Leonid Kuçma 1995-ci ilin martında, Viktor Yuşşenko 2005-ci ilin iyulunda, Viktor Yanukoviç 2011-ci ildə, Petro Poroşenko 2014-cü ildə, Volodimir Zelenski 2019-cu ildə Yaponiyaya rəsmi səfər etmişdir. Rusiyanın Ukraynanı işğal etməsindən sonra Volodimir Zelenski 2023-cü ilin mayında Yaponiyanı ziyarət etmişdir.[10]
Yaponiya baş naziri Şinzo Abe 2015-ci ildə Ukraynaya səfər edərək Petro Poroşenko ilə görüşmüşdür.[11] Baş nazir Fumio Kişida 2023-cü ilin martında Ukraynada olmuşdur.[12]