Xorvatiya–Yaponiya münasibətləri — Xorvatiya Respublikası ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Bu əlaqələr YSFR dövründə Yaponiya–Yuqoslaviya münasibətlərinin tərkib hissəsi olmuş, Xorvatiyanın müstəqilliyinin bərpasından sonra yüksələn xəttlə inkişaf etməkdədir.
Xorvatiya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Xorvatiya–Yaponiya münasibətlərinin tarixi hələ İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin Yuqoslaviya Krallığını işğal etdi dövrdən başlamışdır. Belə ki, almanların marioneti olan Müstəqil Xorvatiya Dövləti Berlin-Roma-Tokio oxunun bir hissəsi kimi yaponlar ilə əlaqələrə malik olmuş, Yaponiya imperiyası tərəfindən de-yure tanınmış, hətta yaponların Zaqrebdə səfirliyi də fəaliyyət göstərmişdir[1]. İkinci dünya müharibəsindəki məğlubiyyətdən sonra tərəflər arasında münasibətlər uzun müddət – Xorvatiyanın müstəqilliyinin bərpasına qədər demək olar ki, mövcud olmamışdır.
İki ölkə arasında müasir diplomatik əlaqələr 1993-cü ilin mart ayının 5-də qurulmuşdur.
Xorvatiyanın Tokiodakı səfirliyi 1993-cü ilin sentyabr ayında, Yaponiyanın Zaqrebdəki səfirliyi isə 1998-ci ilin fevral ayında fəaliyyətə başlamışdır[2].
Xorvatiyanın Yaponiyadakı səfiri hazırda Drazen Hrastiçdir. O, 2015-ci ildən bu vəzifəni daşıyır[3]. Yaponiyanın Xorvatiyadakı səfiri isə hazırda Keiji Takiquçidir. O, 2016-cı ildən bu vəzifəni daşıyır.
Xorvatiya 1 aprel 2009-cu ildə rəsmən NATO-ya üzv olduqdan[4] sonra hər iki ölkənin əsas strateji müttəfiqi ABŞ-dır[5].
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü qeyd etmək məqsədilə 2013-cü ilin sentyabr ayında Yaponiya Dəniz Özünü Müdafiə Qüvvələrinin "JDS Kashima" təlim gəmisi Xorvatiyanın ikinci ən böyük şəhəri olan Spliti ziyarət etmişdir[6]. Bu, bir yapon dəniz gəmisi tərəfindən Xorvatiyaya edilən ilk ziyarət kimi tarixə düşmüşdür[7].
Yaponiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |