Şimali Makedoniya–Yaponiya münasibətləri

Şimali Makedoniya–Yaponiya münasibətləri (mak. Односот меѓу Јапонија и Северна Македонија; yap. 日本とラトビアの関係) – Şimali Makedoniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. 2020-ci ilin aprelinə olan məlumata əsasən Şimali Makdeniyada 23 Yaponiya vətəndaşı yaşayır.[1]

Şimali Makedoniya–Yaponiya münasibətləri
Şimali Makedoniya və Yaponiya
 Şimali Makedoniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şimali Makedoniyanın Yaponiyadakı səfirliyi.

Şimali Makedoniyanın müstəqillik qazandığı dövrdə qədər Yaponiya Yuqoslaviya ilə diplomatik əlaqələr saxlayırdı. Şimali Makedoniya ilə Yaponiya arasında diplomatik əlaqələr 1 mart 1994-cü ildə qurulmuşdur. Şimali Makedoniya prezidenti Boris Traykovski 2003-cü ildə Yaponiyaya səfər etmişdir. Şimali Makedoniya baş naziri Nikola Qruyevski 2011 və 2014-cü illərdə Yaponiyada səfərdə olmuşdur.[1] 2011 və 2014-cü ildə Makedoniya–Yaponiya Sammit Görüşü baş tutmuşdur. 2013-cü ildə Tokioda Şimali Makedoniyanın, 1 yanvar 2017-ci ildə isə Skopyedə Yaponiyanın səfirliyi açılmışdır.[2] 2020-ci ildən Yaponiyanın Şimali Makedoniyadakı səfiri Hironori Savadadır.[3]

2014-cü ildə münasibətlərin qurulmasının 20 illiyi, 2019-cu ildə isə 25 illiyi qeyd olunmuşdur.

1963-cü ildə Skopyedə baş vermiş zəlzələdən sonra şəhərin bərpası planı Yaponiya memarı Kenzo Tanqeyə həvalə olunmuşdur. Skopye şəhəri yapon memarların metabolizm nəzəriyyəsinin tətbiq olunduğu ilk qeyri-yapon şəhər olmuşdur. 2020-ci ildə Şimali Makedoniyada Kenzo Tanqeyə həsr olunmuş poçt markası buraxılmışdır.[4]

2014-cü ildə Skopye şəhərində Yapon Film Festivalı baş tutmuşdur. 2019-cu ildə münasibətlərin 25 illiyi münasibətilə Makedoniya Milli Teatrında no tamaşası keçirilmiş və bu, ölkədəki ilk no performansı olmuşdur.[5]

Şimali Makedoniya Yay Olimpiya Oyunlarındakı ilk gümüş medalını Tokioda keçirilmiş yarışda qazanmışdır.[6]

Şimali Makedoniya Yaponiyaya əsasən tütünşərab, Yaponiya isə Şimali Makedoniyaya maşın və yüngül sənaye məhsulları ixrac edir.[1]

  1. 1 2 3 "Japan-North Macedonia Relations (Basic Data)" (ingiliscə). Xarici İşlər Nazirliyi (Yaponiya). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  2. "Japan and Macedonia". Embassy of Japan in Skopje (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  3. "President Pendarovski receives credentials of newly appointed Ambassador of Japan". Pretsedatel.mk (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
  4. "Издадена е Кензо Танге поштенска марка / Emetohet pulla postare Kenzo Tange" (makedonca). Yaponiyanın Şimali Makedoniya səfirliyi. 4 iyun 2020. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2023.
  5. "山本能楽堂による能公演・能ワークショップの開催" (yaponca). Yaponiyanın Şimali Makedoniya səfirliyi. 2019. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2023.
  6. "North Macedonian Dejan Georgievski wins the first Olympic silver medal of his country" (ingiliscə). 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]