Kosovo–Yaponiya münasibətləri (alb. Marrëdhëniet mes Japonisë dhe Kosovës; yap. 日本とコソボの関係) – Kosovo ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Kosovonun Tokioda səfirliyi, Yaponiyanın Priştinada səfirliyi yerləşir.
Kosovo–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üzvü olan Yaponiya diplomatı Sadako Oqata 1998-ci ilin noyabrında Kosova müharibəsində baş verən insan hüququ pozuntuları və ölümlər haqqında rəsmi hesabat yayımlamışdır. O, hesabatında kosovolu qaçqınları qorumağı və məsələnin həlli üçün iş görməyi müdafiə etmişdir.[1] Yaponiya hökuməti 1999-cu ilin aprelində Kosovoya humanitar yardım edəcəyini açıqlamışdır.[2]
Yaponiya Kosovonun müstəqilliyini 18 mart 2008-ci ildə tanımışdır. Beləliklə, Yaponiya Əfqanıstan və Türkiyədən sonra Kosovonun müstəqilliyini tanıyan üçüncü Asiya ölkəsi olmuşdur.[3] Ölkələr arasında diplomatik əlaqələr 25 fevral 2009-cu ildə qurulmuşdur. 16 iyul 2010-cu ildə Kosovonun Tokioda səfirliyi,[4] 1 yanvar 2020-ci ildə isə Yaponiyanın Priştinada səfirliyi açılmışdır.[5]
Yaponiya xarici işlər naziri Yohey Kono 1999-cu ilin dekabrında Kosovoya rəsmi səfər etmişdir.[6] Kosovo xarici işlər naziri Enver Hocay 2011 və 2012-ci illərdə, Kosovo baş naziri Haşim Taçi 2012 və 2014-cü illərdə Yaponiyaya səfər etmişdir.[7] 2019-cu ildə Yaponiyaya Kosovo prezidenti kimi səfər edən Haşim Taçi Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[8] Kosovo prezidenti Vyosa Osmani 2021-ci ildə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Yaponiyada səfərdə olmuşdur.[9] Kosovo baş naziri Albin Kurti 2022-ci ildə Şinzo Abenin dəfn mərasimində iştirak etmək məqsədilə Yaponiyaya səfər etmiş və Yaponiya baş naziri Fumio Kişida ilə görüşmüşdür.[10]
2019-cu ilin məlumatına əsasən Yaponiyanın Kosovoya ixrac etdiyi məhsulların ümumi dəyəri 175 milyon yen, Kosovodan idxal etdiyi məhsulların ümumi dəyəri 32,8 milyon yen təşkil etmişdir.[7]
2008-ci ildə Kosovodan olan rəsmilər Fuci dağına dırmaşmış və dağın zirvəsinə Kosovo bayrağını sacmışdırlar.[11] 2013-cü ildə Hiroşimadan olan bir vətəndaş qrupu 1945-ci ildə Hiroşimaya atılan atom bombası partlayışından qalma, üzərində buddizmdə mərhəmət ilahəsinin təsviri olan, "Sülh daşı" adlı adlı qranit daşı Priştina şəhərində yerləşən Kosovo Muzeyinə bağışlamışdır.[12]