Şaitdin Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şaitdin Əliyev
Vəzifədədir
8 iyun 2010-cu ildən
10 iyun 2010 – 2016
ƏvvəlkiSvetlana Qasımova
bayraq
Azərbaycan Milli Məclisinin III çağırış üzvü
bayraq2
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1947(1947-09-18) (76 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin III çağırış üzvü.

Həyatı

Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Şaitdin Əliyev ailəlidir, beş övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[3][4]

Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.[5][6]

Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7][8]

İstinadlar

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. "II çağırış Azərbaycan Milli Məclisinin Regional məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli Qərarı" (PDF) (az.)). 30.11.2000. 24.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24.08.2020.
  4. "II çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 30 noyabr 2000-ci il tarixli 24-IIQR nömrəli Qərarı" (az.)). 30.11.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  5. "Şaitdin Sərdar oğlu Əliyevin Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi haqqında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun 8 iyun 2010-cu il tarixli 1028-IIIQR nömrəli Qərarı" (az.)). 08.06.2010. 2020-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  6. "Şaitdin Sərdar oğlu Əliyevin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinin müavini seçilməsi barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 10 iyun 2010-cu il tarixli 14/45 nömrəli Qərarı" (az.)). 10.08.2010. 2020-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Şaitdin Sərdar oğlu Əliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2007-ci il tarixli 2442 nömrəli Sərəncamı" (az.)). 18.09.2007. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  8. "Şaitdin Sərdar oğlu Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2017-ci il tarixli 3308 nömrəli Sərəncamı" (az.)). 18.09.2018. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.