Qımılqışlaq (Quba)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qımılqışlaq
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Əhalisi
Əhalisi 656 (2009) nəfər

QımılqışlaqAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[1]

Tarixi

  • Bu kənd Sovet vaxtı salınan kəndlərdən biridir. 1932-ci ildən Qımılqışlaq adlanır.

Toponimikası

  • Qımılqışlaq oyk., mür.
  • Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsinin əsasım Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
  • Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar. Əvvəllər Qazmalar, bir müddət Qımılqazma, Qımılpalasa da adlanmış, sonra isə qazma sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adım almışdır.[2]

Mədəniyyəti

  • Kənddə mədəniyyət evi, 11 illik orta məktəb, poçt fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

  • Kəndin quraq və subtropik iqlimi var. Düzən ərazilər üstünlük təşkil edir.

Əhalisi

Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629