"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalıAzərbaycan Respublikasının dövlət təltifi.

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Statistika
Təsis tarixi 24 aprel 2018
Ardıcıllıq
Yüksək mükafat "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı[1]
Aşağı mükafat “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi[1]

Əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir.[2]

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalından sonra taxılır.
medal haqqında ƏSASNAMƏ[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında. Bakı: 1992.
  2. 1 2 ""Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ". president.az. 10 may 2018. İstifadə tarixi: 5 fevral 2020.