"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikası prezidenti tərəfindən 2021-ci il 3 dekabr tarixli 425-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi.[1]
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı | |
---|---|
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı | |
|
|
Ölkə | |
Tip | medal |
Statistika | |
Təsis tarixi | 3 dekabr 2021 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı |
Aşağı mükafat | "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı |
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə, Azərbaycan Respublikasının gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan Respublikasının gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikası ilə gömrük işi sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə xarici ölkələrin vətəndaşları təltif edilirlər.
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
"Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, kənarları səkkizguşəli ulduz formalı, diametri 50 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.