İkinci Qarabağ müharibəsinə reaksiyalar

İkinci Qarabağ müharibəsinə reaksiyalar — 2020-ci il 27 sentyabr-10 noyabr tarixləri arasında baş vermiş İkinci Qarabağ müharibəsinə ölkədaxili və beynəlxalq reaksiyalar.

Sentyabrın 30-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı.[1][2]

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, "Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir.[3] Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir.[4] Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik." — ifadələrini dilə gətirmişdir.[5] 29 sentyabr səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan torpaq bütövlüyündən danışıb. Dövlət başçısı bildirib ki, Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırım da törədiblər.[6][7] Daha sonra, Almaniya Kansleri Angela Merkelİlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlət başçısı eyni zamanda vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.[8][9] Sentyabrın 29-da Rossiya 1 telekanalında yayımlanan "60 dəqiqə" proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb.[10] O öz açıqlamalarında, Türkiyə polemikasına qarşı: "Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır." — deyə cavab verib.[11][12] Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə: "Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin." — deyə bildirib və reportaj başa çatıb.[13][14]

Sentyabrın 30-da İlham ƏliyevMehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.[15] Hərbçilərlə görüş zamanı, "Mən demişdim ki, əgər bizə qarşı törədilmiş hərbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq." — deyə İlham Əliyev bildirib.[16] İlham Əliyev 4 oktyabr xalqa müraciəti zamanı Qarabağdakı separatçıların lideri barədə danışıb: "Qondarma "Dağlıq Qarabağ respublikası"nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara.[17] Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin.[18] Özünə andiçmə mərasimi keçirmişdi. Baxım görüm andiçmə mərasimini harada keçirəcək? Yas mərasimi keçirəcək! İndi qaçıb siçan kimi gizlənib, çıxsın ortalığa! Sentyabr hadisələrindən qabaq demişdim Ermənistana "gəl təkbətək vuruşaq, baxaq kim kimdir". İndi nə oldu? İndi Paşinyan hər gün dünya liderlərinə zəng edir. Mən heç kimə zəng etməmişəm. Heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər.[19] Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" deyə, Prezident əlavə edib.[20]

27 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətini genişmiqyaslı bir təxribatda ittiham etmişdir. O bildirdi ki, "Azərbaycan rəhbərliyinin son dövrlərdəki təcavüzkar bəyanatları, Türkiyə ilə genişmiqyaslı birgə hərbi təlimlər, habelə ATƏT-in monitorinq təkliflərini rədd etməsi" bu müharibəyə əvvəldən hazırlaşdığının göstəricisidir.[21][22][23] 28 sentyabr tarixində Ermənistan Respublikası Xarici İşlər Nazirliyi müharibə haqqında rəsmən açıqlama vermişdir.[24] Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan Ermənistanın yeni silah təchizatı üçün Rusiyaya müraciət edəcəyini bildirib.[25][26] 30 sentyabrda Baş nazir Nikol Paşinyan Ermənistanın rəsmi olaraq Dağlıq Qarabağı müstəqil bir ərazi olaraq tanınmasını düşündüyünü bildirdi.[27][28][29][30] Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağ ərazisində cəbhə boyu təxribat xarakterli uçuşlar həyata keçirdiyini bildirdi.[31]

1 oktyabr tarixində Arayik Harutyunyan ermənilərin uzunmüddətli müharibəyə hazırlaşmalarının lazım olduğunu bildirdi.[32][33] 3 oktyabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti "bölgədə sülh və təhlükəsizliyin bərpası" üçün Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı.[34] 8 oktyabr tarixində Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad etmişdir.[35] 1 oktyabr tarixində İsrailin Azərbaycana silah satışını iddia edən Ermənistan İsraildəki səfirini geri çağırmışdır.[36] 8 oktyabr tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan prezidentinin əmri ilə işdən azad olunmuşdur. Elə həmin gün, Ermənistan Müdafiə Nazirliyi Novaya qazeta müxbiri İlya Azarın Dağlıq Qarabağa akkreditasiyasız daxil olaraq ŞuşaLaçında reportaj apardığını bildirərək jurnalın akkreditasiyasını ləğv etmişdir.[37]

Azərbaycan diasporu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Azərbaycan diasporu

Oktyabrın 1-dən 5-dək güney Azərbaycanın Tehran , Təbriz , ƏrdəbilZəncan şəhərlərində güney Azərbaycan milli fəalları Azərbaycan respublikasının arxasında etiraz aksiyaları keçirdilər. Bu etirazlarda Ermənistan sərhədin bağlanması tələb eylədilər.[72][73][74]

Oktyabrın 5-dən 13-dək Fransanın Nant, Türkiyənin İstanbulKonya, Kanadanın Kalqari, Gürcüstanın Marneuli, Britaniyanın London, Almaniyanın NürnberqKöln, İtaliyanın Milan, Finlandiyanın Helsinki, İsrailin Petax-Tıkva şəhərlərində şəhərində fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına qarşı əks hücum əməliyyatlarına başlayan Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə tədbir keçirilib.[75][76][77][78][79][80][81][82][83][84][85][86]

İstanbulun Beyazıt meydanında Azərbaycana dəstək aksiyası

Oktyabrın 17-də Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox azərbaycanlının iştirakı ilə aksiya təşkil edilib.[87] Alman Azərbaycan Dostluq Cəmiyyətininn təşkilatçılığı ilə Almaniyanın Hannover şəhərinin "Kröpcke" meydanında baş tutan Gəncə terrorunda həlak olanların xatirəsini anım mərasimində azərbaycanlı icmanın üzvləri iştirak edib.[88] Oktyabrın 17-də İzmirdə fəaliyyət göstərən Can Azərbaycan Platforması adı altında birləşən qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə Fransa Respublikası Konsulluğunun qarşısında Gəncədə törədilən terror aktlarına etiraz keçirib.[89] Avstriyanın Vyana şəhərindəki Azərbaycan diasporu işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Vyananın Helden Platz meydanında icazəli aksiya keçirib.[90]

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-də İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağı havaya qaldırılıb.[91] Oktyabrın 18-də Kanadanın Toronto şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib.[92] Böyük Britaniyadakı Azərbaycan diasporunun üzvləri London şəhərində 18 oktyabr Azərbaycanın Müstəqillik günü münasibətilə avto-yürüş keçirib.[93] Oktyabrın 18-də Niderlanddakı Azərbaycan diasporu Haaqada Niderland Parlamentinin yaxınlığında icazəli aksiya keçirib.[94] Oktyabrın 18-də Türkiyənin Antalya şəhərində Ermənistan ordusunun Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına etiraz əlaməti olaraq mitinq keçirilib.[95]

Oktyabrın 20-də Türkiyənin Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycana dəstək olmaq üçün Cümhuriyyət meydanına toplaşıblar.[96]

Oktyabrın 21-də Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib.[97] Oktyabrın 21-də Qayanada yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.[98]

Oktyabrın 22-də Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-nin Texas ştatının Dallas şəhərinin mərkəzində "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb.[99] ABŞ-nin Pensilvaniya ştatında yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə Prezident Donald Trampın qatıldığı mitinqdə Azərbaycanın mövqeyini dəstəkləyən şüarlar qaldırılıb.[100]

Oktyabrın 23-də azərbaycanlı gənclərin təşəbbüsü ilə Polşanın Katovitse şəhərində Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib.[101] Aksiya yekunlaşan anda ermənilər azərbaycanlılara qarşı təxribat törədib, onlara hücum çəkərək fiziki güc tətbiq ediblər. Yaranmış qarşıdurma zamanı ermənilər azərbaycanlılara pnevmatik silahlardan atəş açıblar.[102] Oktyabrın 23-də Macarıstanda yaşayan azərbaycanlılar Budapeşt şəhərinin mərkəzində yerləşən "Szent İstvan Basilica" kilsəsinin qarşısında icazəli aksiya keçirib.[103]

Oktyabrın 24-də Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında Azərbaycana dəstək aksiyası keçirib.[104] Aksiyada Şotlandiyanın Edinburq, QlazqoAberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.[104] Oktyabrın 24-də Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.[105]

Oktyabrın 26-da ABŞ-nin Mayami, Minneapolis, San-FransiskoSolt-Leyk-Siti şəhərlərində etiraz aksiyası keçirilib.[106][107][108] Oktyabrın 26-da İsveç Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi "T-Central"dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.[109] Oktyabrın 26-da Danimarkada yaşayan azərbaycanlılar Kopenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı "Radhuspladsen" meydanında icazəli aksiya keçirib.[110]

Oktyabrın 27-də Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.[111] Oktyabrın 27-də Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Place d'Armes meydanında icazəli aksiya keçirib.[112] Oktyabrın 27-də Kanadanın Edmonton şəhərində Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AzCSE) təşkilatçılığı ilə Gəncə terroru qurbanlarının anım mərasimi keçirilib.[113]

Oktyabrın 28-də Avstraliyanın SidneyBrisben şəhərlərində Gəncə terroruna etiraz aksiyası keçirilib.[114] Oktyabrın 28-də "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.[115]

Oktyabrın 29-da İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərində, Millətlər sarayının qarşısında dinc aksiya keçirib.[116] Oktyabrın 29-da ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.[117]

Oktyabrın 30-da İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər.[118]

Noyabrın 1-də İsveçrənin Sürix şəhərində azərbaycanlılar Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq icazəli aksiya keçirib.[119]

Noyabrın 2-də Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti — Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.[120] Noyabrın 2-də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə Kanadanın Kalqari şəhərində Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə dinc etiraz yürüşü keçirilib.[121]

Noyabrın 3-də Belçikanın Ham şəhərində Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində terror qurbanlarının xatirəsi yad edilib.[122]

Noyabrın 4-də İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Əmman şəhərində Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib.[123]

Ermənistan diasporu

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Erməni diasporu
Los-Ancelesdə Ermənistana dəstək aksiyası

Oktyabrın 11-də ABŞ-nin Vaşinqton, San-Fransisko, Nyu-York, Boston və digər yerlərində daha kiçik etirazlarla birlikdə, Los-Anceles şəhərinin erməni icması Türkiyə konsulluğunun önündə 100.000 nəfərlik etiraz yürüşü keçirib.[124][125]

Oktyabrın 28-də Fransanın cənub qərbində yerləşən İsere şəhərində ermənilər yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar.[126] LionMarsel şəhərlərinə gedən yolda tıxac yaranıb. Tıxacda qalanlarla aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bununla kifayətlənməyən 300–400 civarında olan erməni aksiyaçıları işə gedən türklərə hücum ediblər. Nəticədə biri ağır olmaqla, dörd nəfər türk əsilli Fransa vətəndaşı yaralanıb.[126]

UEFA-nın İcraiyyə Komitəsi AzərbaycanErmənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoydu.[127] Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alıb. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı Avro 2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.

Məşhur şəxslər

[redaktə | mənbəni redaktə et]

Məşhur şəxslər müharibədə müxtəlif mövqeləri tutublar. Azərbaycan tərəfini futbolçular Məsut ÖzilRonaldinyo, akyorlar Çak Norris, Tamər Qaradağlı, Sinan AkçılKənan İmirzaloğlu, aktrisa Bergüzar Korel, aparıcı Acun Ilıcalı, müğənnilər Tarkan, Serdar OrtaçHadisə, biokimyaçısı Əziz Sancar, Ermənistanı isə aktyorlar Şon PennMel Gibson, televiziya şəxsiyyəti Kayli Cenner, UFC döyüşçüsü Ronda Rauzi və digərləri dəstəkləyib.[128][129][130] Müğənni Elton Con və repçi Kardi B isə müharibədə bitərəf olduqlarını qeyd ediblər.[131]

  1. "İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüb". president.az (az.). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  2. "İlham Əliyev və Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər". hafta.az (az.). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  3. "Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib – VİDEO". Azərbaycan Respublikası Müdafiə Nazirliyi (az.). 27 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  4. "İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası baş tutub". AzTV (ingilis). 27 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  5. "Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib YENİLƏNİB VİDEO". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 27 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  6. "Prezident: "Biz öz torpağımızda döyüşürük"". ordu.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  7. "Pakistan səfiri Azərbaycana dəstəyi Prezidentlə görüşdə də bəyan etdi — Foto". qafqazinfo.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  8. "Merkel İlham Əliyevə zəng vurdu". qafqazinfo.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  9. "Angela Merkel Prezident İlham Əliyevə zəng edib". ordu.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  10. "Prezident İlham Əliyev "60 dəqiqə" proqramında sualları cavablandırıb". milli.az (az.). 29 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  11. "Azərbaycan Prezidenti "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında sualları cavablandırıb". AzTV (az.). 29 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  12. "Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında sualları cavablandırıb YENİLƏNİB-2 VİDEO". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 29 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  13. "Prezident İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında sualları cavablandırıb – YENİLƏNİB". apa.az (az.). 29 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  14. "Prezident İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında sualları cavablandırdı – FOTO / YENİLƏNDİ". baki-xeber.com (az.). 29 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  15. "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər". milli.az (az.). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  16. "Azərbaycan Prezidenti: "Bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq"". ordu.az (ingilis). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  17. "İlham Əliyev: "Onlar andiçmə yox, yas mərasimi keçirəcəklər"". Report İnformasiya Agentliyi (az.). 4 oktyabr 2020. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  18. "İlham Əliyev: "Bizi ittiham edən Avropa ölkələri getsinlər güzgüyə baxsınlar"". Report İnformasiya Agentliyi (az.). 4 oktyabr 2020. 4 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  19. "Prezident: "Paşinyan hər gün dünya liderlərinə zəng edir, amma mən heç kimə zəng etməmişəm"". Report İnformasiya Agentliyi (az.). 4 oktyabr 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  20. "Ali Baş Komandan general-mayorları təbrik edib". Report İnformasiya Agentliyi (az.). 4 oktyabr 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  21. "Агрессия со стороны Азербайджана была спланирована заранее: Пашинян". armenpress.am (rus). 2 oktyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  22. "Пашинян призвал Баку прекратить агрессию против Карабаха и Армении". RİA Novosti (rus). 29 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  23. "Агрессия Азербайджана была заранее спланирована – Пашинян". Sputnik Армения (rus). 27 sentyabr 2020. İstifadə tarixi: 2 oktyabr 2020.
  24. "Народ Арцаха воюет с турецко-азербайджанским альянсом: МИД Республики Армения". armenpress.am (rus). 28 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  25. "Вардан Тоганян не исключил, что Армения может обратиться к РФ для новых поставок оружия". armenpress.am (rus). 28 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  26. "Посол Армении не исключил обращения к России за новыми поставками оружия". RİA Novosti (rus). 28 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  27. "Armenia considers officially recognizing independence of Nagorno Karabakh, Pashinyan says". armenpress.am (ingilis). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  28. "Armenia is considering formally recognizing Artsakh / Karabakh independence – ANHA | HAWARNEWS | English". hawarnews.com (ingilis). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  29. "Armenia eyes recognizing Nagorno-Karabakh's independence". tass.com (ingilis). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  30. "Pashinyan says Armenia may recognize Karabakh's independence". news.ru (ingilis). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  31. "ՀՀ ԱԳՆ հայտարարությունը Թուրքիայի ԶՈՒ ներգրավվածության վերաբերյալ". www.mfa.am (erməni). 30 sentyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  32. "New Armenia-Azerbaijan fighting a long time in the making | Eurasianet". eurasianet.org (ingilis). 1 oktyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  33. "Putin, Macron call for Nagorno-Karabakh ceasefire as deaths mount". aljazeera.com (ingilis). 1 oktyabr 2020. 2 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2020.
  34. "Karabakh urges international community to recognize its independence". panarmenian.net (ingilis). 3 oktyabr 2020. 4 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  35. "Director of Armenia's National Security Service dismissed". armenpress.am (ingilis). Armenpress. 8 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2020.
  36. Hovhannisyan, Nvard; Ayyub, Rami. "Armenia recalls ambassador to Israel over arms sales to Azerbaijan". Reuters (ingilis). 1 oktyabr 2020. 9 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  37. "МИД Армении лишил аккредитации журналиста «Новой газеты» Илью Азара после репортажа из Нагорного Карабаха". meduza.io (rus). 8 oktyabr 2020. 9 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2020.
  38. "Türkiyənin müdafiə naziri: "Azərbaycanlı qardaşlarımızın yanında olacağıq"". sputnik.az. 27 sentyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  39. "İbrahim Kalın: Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır". trt.net.tr. 27 sentyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  40. "Ərdoğan: Türk milləti bütün imkanları ilə Azərbaycanın yanındadır". ordu.az (ingilis). 27 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  41. "Türkiyə XİN başçısı Azərbaycan səfirliyini ziyarət edib". ordu.az (ingilis). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  42. "Dışişleri Bakanı Mevlüt Çavuşoğlu ve AK Parti Genel Başkan Yardımcısı Numan Kurtulmuş'tan, Azerbaycan Büyükelçiliği'ne ziyaret haberi, haberleri". gazeterize.com (türk). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  43. "Bakan Çavuşoğlu: 'Söz konusu Azerbaycan olunca, işgalci Ermenistan'la bir tutuluyor'". İhlas Haber Ajansı (türk). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  44. Ayna.az. "ABŞ Dövlət Departamentindən cəbhədəki gərginliklə bağlı bəyanat" (az.). Ayna.az. 27.09.2020. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  45. APA. "ABŞ Dövlət Departamenti cəbhədəki gərginliklə əlaqədar bəyanat yayıb" (az.). APA.az. 27.09.2020. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  46. "Amerikalı sabiq həmsədr: "Ermənistan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib"". ordu.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  47. "Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı bəyanat yaydı". sputnik.az. 27 sentyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  48. "Rusiyalı politoloq: "Dağlıq Qarabağ uğrunda döyüşmək Azərbaycanın haqqıdır"". Report İnformasiya Agentliyi (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  49. Blamont, Matthias. Evans, Catherine (redaktor). "France calls on Armenia, Azerbaijan to end hostilities". Reuters. 27 sentyabr 2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  50. "Gürcüstan prezidenti Azərbaycan və Ermənistanı barışığa çağırıb". ordu.az (ingilis). 27 sentyabr 2020. 2020-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  51. "Gürcüstan parlamentinin deputatı: "Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir"". ordu.az (az.). 27 sentyabr 2020. 27 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  52. "Saakaşvili: Qarabağ Azərbaycandır və bu dəyişməzdir". ordu.az (ingilis). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  53. "Almaniya XİN döyüşləri dayandırmağa çağırdı". ordu.az (az.). 27 sentyabr 2020. 2020-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  54. "İran cəbhədəki vəziyyətə münasibət bildirib". ordu.az (ingilis). 27 sentyabr 2020. 2020-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  55. "İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır". Ordu.Az (az.). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  56. "İran rəsmisi Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkətinin dayandırıldığını bildirib". ordu.az (ingilis). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  57. ""Rusiya hərbi texnikasının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhəd-keçid məntəqəsindən Ermənistana ötürülməsi həqiqətə uyğun deyil. Əsla belə bir şey yoxdur" - İran rəsmisi". apa.az (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  58. "Pakistan cəbhədəki vəziyyətə münasibət bildirib". ordu.az (az.). 27 sentyabr 2020. 2020-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  59. "Pakistan Senatı Ermənistanın Azərbaycana hücumunu pisləyib". ordu.az (az.). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  60. "Pakistan Senatı Ermənistanın Azərbaycana hücumunu pisləyib". Report İnformasiya Agentliyi (az.). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  61. "Qazaxıstan münaqişənin sülh yolu ilə həllinə vasitəçiliyini təklif edib". ordu.az (az.). 27 sentyabr 2020. 2020-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  62. "Əfqanıstan XİN: "Qarabağın işğalına son qoyulmalıdır"". ordu.az (az.). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  63. "Bolqarıstanın sabiq prezidenti: Ermənistanın Azərbaycana hücumu təxribatdır". ordu.az (az.). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  64. "Jutarnji list – Džaferović i Izetbegović podupiru Azerbajdžan i osuđuju Armeniju, nadaju se trajnom rješenju". www.jutarnji.hr (xorvat). 28 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  65. "Izetbegović: 'Rat na Kavkazu podsjeća na srpsku agresiju 1992.'". www.vecernji.hr (xorvat). 28 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  66. "Izetbegovića Azerbajdžan podsjeća na BiH | "Azerbajdžan ima puno pravo da brani svoj teritorijalni integritet, kao i obvezu da ne dopusti ponavljanje masovnih zločina nad svojim civilnim stanovništvom, rekao je Čelnik SDA". Bljesak.info (ingilis). 28 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  67. "Aviqdor Liberman: "Haqq-ədalət Azərbaycanın tərəfindədir"". Report İnformasiya Agentliyi (az.). 29 sentyabr 2020. 29 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2020.
  68. "Malayziya XİN Azərbaycana dəstək bəyanatı yaydı". ordu.az (az.). 30 sentyabr 2020. 30 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2020.
  69. modern.az. "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – XİN" (az.). Modern.az. 02.10.2020. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  70. Ordu.az. "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" (az.). Ordu.az. 01.10.2020. 2020-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  71. "The Armed Confrontation along the contact line of Nagorno-Karabakh". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 28 sentyabr 2020. İstifadə tarixi: 4 oktyabr 2020.
  72. "بازداشت شماری از فعالان حاضر در تجمع‌ حمایت از قره‌باغ در شهر اردبیل | TRT Persian". www.trt.net.tr (fars). 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  73. "تجمع حمایت از قره‌باغ در میدان امام حسین تهران [+عکس] | پایگاه خبری تحلیلی انصاف نیوز". انصاف نیوز (fars). 2020-10-01. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  74. "تصاویر و جزئیات تجمع جمعی از مردم تبریز، اردبیل و زنجان در حمایت از مردم مسلمان قره‌باغ". همشهری آنلاین (fars). 2020-10-02. 2023-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-04.
  75. "Fransadakı "Qarabağ" məktəbindən Azərbaycana dəstək". İstifadə tarixi: 29 oktyabr 2020.
  76. "İsraildəki Azərbaycan diasporu Gəncə terroruna qarşı etiraz aksiyası keçirib". diaspor.gov.az. diaspor.gov.az. İstifadə tarixi: 29 oktyabr 2020.
  77. "Almaniyadakı Azərbaycan diasporu Gəncə terroruna qarşı etiraz aksiyası keçirib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  78. "Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib". diaspor.gov.az. diaspor.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  79. "İtaliyada yaşayan soydaşlarımız Ermənistanın ölkəmizə qarşı təxribatları ilə bağlı aksiya keçirib". diaspor.gov.az. diaspor.gov.az. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  80. "Nürnberqdə yaşayan azərbaycanlılar Gəncə şəhərindəki terror aktına etiraz aksiyası keçirib". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  81. "Marneulidə Azərbaycana dəstək mitinqi təşkil edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  82. "Britaniya parlamentinin binası qarşısında "Qarabağ Azərbaycandır!" banneri asılıb". diaspor.gov.az. diaspor.gov.az. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  83. "Türkiyənin Eskişehir şəhərində Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib". diaspor.gov.az. diaspor.gov.az. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  84. "Kalqaridə ölkəmizi dəstəkləyən həmrəylik yürüşü təşkil olunub". diaspor.gov.az. diaspor.gov.az. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  85. "İstanbulda Azərbaycan dövlətinə dəstək mitinqi təşkil edilib". diaspor.gov.az. diaspor.gov.az. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  86. "Konyada Azərbaycana dəstək aksiyası keçirilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  87. "Almaniya azərbaycanlıları ayağa qalxdılar". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  88. "Hannover azərbaycanlıları Gəncə terrorunda həlak olanların xatirəsini yad edib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  89. "İzmirdə yaşayan soydaşlarımız Gəncədə törədilən terror aktlarına etiraz edir". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  90. "Vyanada terrora yox deyildi". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  91. "Çikaqoda Azərbaycan bayrağı qaldırılıb". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  92. "http://diaspor.gov.az/xeberler2020/x1985.php". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  93. "Londondakı Azərbaycan diasporu Gəncə terroruna etiraz edir". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  94. "Haaqa işğalçı Ermənistanın Gəncə terroruna etiraz edir". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  95. "Antalya şəhərində dünyadan Gəncə hadisələrinə etiraz səsini ucaltmaq tələb olunub". diaspor.gov.az. diaspor.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  96. "Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Vətənə dəstək". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  97. "Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  98. "Qayanada yaşayan yeganə azərbaycanlıdan Vətənə dəstək". diaspor.gov.az. diaspor.gov.az. İstifadə tarixi: 29 oktyabr 2020.
  99. "Dallas şəhərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış reklam lövhəsi quraşdırılıb". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  100. "ABŞ Prezidentinin mitinqində "Qarabağ Azərbaycandır!" şüarı qaldırılıb". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  101. "Katovitse şəhərində azərbaycanlı gənclərin icazəli aksiyasında ermənilər təxribat törədib". diaspor.gov.az. diaspor.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  102. "Bójka Azerów z Ormianami w Katowicach. Na miejscu pojawiło się kilkanaście radiowozów". nczas.com. nczas.com. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  103. "Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  104. 1 2 "Şotlandiyada yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası təşkil edib". azertag.az. azertag.az. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  105. "Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib". diaspor.gov.az. diaspor.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  106. "ABŞ-nin Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  107. "Kaliforniyada Gəncə terroruna etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  108. "Floridada işğalçı Ermənistan ordusunun Gəncə terroruna qarşı etiraz aksiyası keçirilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  109. "İsveç Krallığında Gəncədəki terror aktlarına etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  110. "Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  111. "Böyük Britaniyada baş nazirin ofisi qarşısında Gəncə terroruna etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  112. "Lüksemburqda etiraz aksiyası keçirilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  113. "Edmonton şəhərində Gəncədəki terror aktları pislənilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  114. "Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  115. "Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  116. "Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  117. "Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  118. "Venesiyada erməni terroruna etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2020.
  119. "Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib". diaspor.gov.az. diaspor.gov.az. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  120. "Osloda yaşayan azərbaycanlılar Parlament binası qarşısında etiraz aksiyası keçirib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  121. "Kanadanın Kalqari şəhərindəki azərbaycanlı icması həmrəylik yürüşü keçirib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  122. "Belçikanın Ham şəhərində terror qurbanlarının xatirəsi yad edilib". diaspor.gov.az. diaspor.gov.az. 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  123. "İordaniyada erməni terrorunun qurbanları anılıb". diaspor.gov.az. diaspor.gov.az. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2020.
  124. "Tens of thousands protest outside L.A.'s Turkish Consulate in solidarity with Armenia". Los Angeles Times (ingilis). 2020-10-12. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  125. Sennott, Adam; Lotan, Gal Tziperman. "'America has to do something': Local Armenian Americans protest Azerbaijan conflict". The Boston Globe (ingilis). 11 October 2020. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  126. 1 2 "Pro-Armenian rally in France turns violent". www.aa.com.tr. www.aa.com.tr. İstifadə tarixi: 30 oktyabr 2020.
  127. "Temporary suspension of UEFA matches in Armenia and Azerbaijan". www.uefa.com. www.uefa.com. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  128. "Football: Ronaldinho expresses support for Azerbaijan". www.aa.com.tr. www.aa.com.tr. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2020.
  129. "Ozil v Mkhitaryan: Footballers wade into Armenia-Azerbaijan conflict". www.dailysabah.com. www.dailysabah.com. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  130. "Former UFC champ Ronda Rousey shows solidarity with Armenia over conflict with Azerbaijan". www.bloodyelbow.com. www.bloodyelbow.com. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  131. "Cardi B apologises after supporting fundraiser for Armenia as she admits she 'didn't do her research'". metro.co.uk. metro.co.uk. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.
  132. "Aİ Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa çağırıb". ordu.az (ingilis). 27 sentyabr 2020. 2020-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2020.
  133. Uras, Mersiha Gadzo,Umut. "Armenia-Azerbaijan clashes: Live news". www.aljazeera.com (ingilis). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  134. "BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək". Oxu.az (az.). 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  135. Bagirova, Nailia; Hovhannisyan, Nvard; Vladimr, Soldatkin. "Armenia-Azerbaijan clashes kill at least 16, undermine regional stability". Reuters (ingilis). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.
  136. "Statement of the Secretary General of the Turkic Council". Türk Şurası (türk). 28 sentyabr 2020. 28 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2020.