İnternet provayder

Son istifadəçidən tutmuş səviyyə 3/2 ISP-lərə qədər internet əlaqəsi seçimləri.
Menhettendə "Stealth Communications" internetə çıxış təmin etmək üçün fiber quraşdırır.

İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir.

Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər.

İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir.[1] Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar.

İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur. Bəzi məhdudiyyətlər 1991-ci ildə[2] ümumdünya hörümçək torunun tətbiqindən qısa müddət sonra aradan qaldırılmışdır.[3]

1980-ci illərdə "CompuServe", "Prodigy" və "America Online" (AOL) kimi onlayn xidmət provayderləri e-poçt mübadiləsi kimi internetə daxil olmaq üçün imkanlar təklif etməyə başlamışdılar. Buna baxmayaraq, geniş ictimaiyyət üçün internetə tam çıxış hələ hazır deyildi.

1989-cu ildə ilk internet provayderləri – aylıq ödəniş müqabilində ictimaiyyətə internetə birbaşa çıxış təklif edən şirkətlər Avstraliya[4]ABŞ-də yaradılmışdır. Massaçusets ştatının Bruklin şəhərində qurulmuş "The World" ABŞ-də ilk kommersiya məqsədli provayder olmuşdur. Onun ilk müştərisinə 1989-cu ilin noyabrında xidmət göstərilmişdir. Bu şirkətlər, ümumiyyətlə, öz müştərilərinə son mil bağlantılarını təmin etmək üçün ictimai telefon şəbəkəsindən istifadə edərək "dial-up" bağlantıları təklif edirdilər. "Dial-up" internet xidmət provayderləri üçün giriş maneələri aşağı səviyyədə idi və bir çox provayder meydana çıxdı.

border=none Əsas məqalə: Pirinq

İnternet xidmət provayderləri pirinq ilə məşğul ola bilərlər. Burada çoxsaylı ISP-lər pirinq nöqtələrində və ya internet mübadiləsi nöqtələrində (IXP) bir-birinə qoşulur. Bu, ötürülən verilənlər üçün bir-birindən ödəniş almadan hər bir şəbəkə arasında verilənlərin yönləndirilməsinə imkan verir. Əks halda bu verilənlər üçüncü yuxarı axın ISP-dən keçir.[5]

Yuxarı axın tələb olunmayan və yalnız müştəriləri olan ISP-lər birinci səviyyə ISP adlanır.

Şəbəkə avadanlığı, proqram təminatı və spesifikasiyalar, eləcə də şəbəkə idarəetmə personalının təcrübəsi verilənlərin ən səmərəli marşrutla getməsini təmin etmək üçün vacibdir. Xərc və səmərəlilik arasında mübadilə etmək mümkündür.[6]

Hüquqi məsuliyyətləri

[redaktə | mənbəni redaktə et]

Bir çox ölkələrdə internet xidmət provayderlərindən qanuni olaraq hüquq-mühafizə orqanlarına ISP tərəfindən ötürülən məlumatların bir qismini və ya hamısını izləmək icazəsi tələb olunur. Bəzi ölkələrdə ISP-lər lazım gəldiyi halda hökumətin girişinə icazə verilsin deyə istifadəçilərin baxış tarixçəsini özündə saxlamalıdır. Bundan əlavə, bəzi ölkələrdə ISP-lər kəşfiyyat agentlikləri tərəfindən monitorinq edilir. ABŞ-də PRISM kimi tanınan Milli Təhlükəsizlik Agentliyi proqramı internet istifadəçilərinin trafikinin geniş monitorinqini təmin edir.[7][8] Müasir internet provayderləri öz şəbəkələrinə geniş spektrli müşahidə və paket iyləmə avadanlıqlarını birləşdirir. Bu, məlumatları hüquq-mühafizə orqanlarına və kəşfiyyat şəbəkələrinə ötürür.[9]

  1. "What is an Internet Service Provider?". WhatIsMyIPAddress.com (ingilis). 2020-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  2. Outreach: The Internet Arxiv surəti 18 yanvar 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-01-18 at the Wayback Machine, U. S. National Science Foundation, "In March 1991, the NSFNET acceptable use policy was altered to allow commercial traffic."
  3. "Web history timeline". 2014-03-11. 2015-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2015.
  4. Clarke, Roger. "Origins and Nature of the Internet in Australia". 9 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2014.
  5. Gerson & Ryan A Primer on Internet Exchange Points for Policymakers and Non-Engineers Arxiv surəti 5 aprel 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-04-05 at the Wayback Machine Working Paper, August 11, 2012
  6. "Internet service provider". masters.donntu.org. 2021-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
  7. NSA PRISM Creates Stir, But Appears Legal Arxiv surəti 25 yanvar 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-01-25 at the Wayback Machine. InformationWeek. Retrieved on 2014–03–12.
  8. "Obama's Speech on N.S.A. Phone Surveillance". The New York Times. 17 January 2014. 20 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2014.
  9. "New KGB Takes Internet by SORM". Mother Jones. 18 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2015.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]