Ağkilsə (Qaraqoyunlu)

Ağkilsə (1978-ci ildən Çiçəkbunar, 1991-ci ildən Cermakavan) — Ermənistanın Tavuş mərzində kənd.

Ağkilsə
40°43′ şm. e. 45°02′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Tavuş mərzi
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ağkilsə xəritədə
Ağkilsə
Ağkilsə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub.

Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.