Andurma

AndurmaAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.

Andurma
38°42′58″ şm. e. 48°28′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.563 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 577 nəf.
Xəritəni göstər/gizlə
Andurma xəritədə
Andurma
Andurma

Andurma Lerik rayonunun Çayrud inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Türk dillərində andurma "qoruq; ov heyvanları ilə zəngin olan yer" deməkdir. XX əsrin əvvəllərində kəndin əhalisi İrana köçmüş, sonralar kənd yenidən bərpa olunmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, andurma Talışca "dəmirağac" mənasındadır. Yaşayış məntəqəsi dəmirağac bitən ərazidə salındığı üçün belə adlandırılmışdır. Amur vilayətində Amderma adlı qəsəbə vardır.[1]

Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci ilin dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[2]

Kənddə Andurma kənd məscidi dini icması fəaliyyət göstərir.[3]

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 55
  2. Lerikin beş kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine azertag.az, 22.12.2012  (az.)
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)