Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Piran | |
---|---|
38°42′ şm. e. 48°36′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi 1065 nəfərdir.[3] Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir.
Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[4]
Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |