Qılqılov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Qılqılov | |
---|---|
38°40′ şm. e. 48°36′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 323 (2009) nəfər |
Toponim talış dilindəki qılqıl (qaynayan, pıqqıldayan) və ov (su) sözlərindən ibarət olub, “qaynayan, pıqqıldayan su” mənasını bildirir. Kənd yaxınlığındakı qeyzer tipli Qılqılov adlı bulağa görə belə adlandırılmışdır, yəni hidronimin adı oykonimə köçürülmüşdür. Bu isə toponimyaratma üçün səciyyəvidir.[3]