Hamarmeşə (əvvəlki adı: 30-cu Kilometr) — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Vizəzəmin kənd Sovetinin 30-cu Kilometr kəndi Hamarmeşə kəndi adlandırılmışdır.[1]
Hamarmeşə | |
---|---|
38°43′ şm. e. 48°37′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin keçmış adı Otuzuncu kilometr olmuşdur. Yaşayış məntəqəsi Lənkəran-Lerik avtomobil yolunun 30 km.-liyində yerləşdiyinə görə belə adlandırılmışdır. Oykonim "düzənlikdə olan meşə" mənasındadır.[2]
Kənd Lənkərançayın sahilində yerləşir.
Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[3]
Kəndin tamamı şiə müsəlmanlardır. Kənddə Hamarmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |