Zeynəko

ZeynəkoAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Zeynəko
38°40′ şm. e. 48°41′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 165 (2009) nəfər
Xəritəni göstər/gizlə
Zeynəko xəritədə
Zeynəko
Zeynəko

Əhalisi 165 nəfərdir.[2]

Yaşayış məntəqəsi XIX əsrdə salınmışdır. Yerli məlumata görə, oykonim Zeynə (şəxs adı) və talış dilindəki ko (ev yeri) sözlərindən ibarət olub, “Zeynənin ev yeri” mənasındadır. Lakin güman etmək olar ki, kəndin adının əsli Zeyləku olub, zeyl (ər. “ətək”) və kıt (talış, “dağ”) komponentlərindən ibarətdir (-a mənsub, bildirir). Oykonimin “dağ ətəyi” mənası onun yerləşdiyi relyeflə bağlıdır. Kəndin adını bəzi tədqiqatçılar Jinəkon variantında “aşağı evlər” kimi izah edirlər.[3]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.