Bilnə (Lerik)

BilnəAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Bilnə
38°48′ şm. e. 48°27′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 329 (2009) nəfər
Xəritəni göstər/gizlə
Bilnə xəritədə
Bilnə
Bilnə

Əhalisi 329 nəfərdir.[2]

Aşağı Bilnə Lerik rayonunun Noda inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Bilnə (indiki Yuxarı Bilnə) kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. "Bilnə kəndinin Aşağı hissəsi" deməkdir. Kənd öz adını ərazidəki Bilnəçayın adından almışdır. Türk dillərində bilan "dağ kecidi"; Azərbaycan dilinin dialektlərində bilin "tunel, dağın altından açılan yol" mənalarında işlənməkdədir. Amma bu türk uydurmamıza rəğmən kəndi adı nə Bilin deyil, nə də Bilan deyil! Onu da qeyd etmək lazımdır ki, 1917-ci ildə Lənkəran qəzasında iki Bilnə və bir Bilinə kəndi qeydə alınmışdır.[3] 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bilnə kəndi Bilnə kəndi adlandırılmışdır.[4]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.72
  4. Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu[ölü keçid]e-qanun.az saytı