Livədirqə

LivədirqəAzərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Livədirqə
38°49′00″ şm. e. 48°23′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 761 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1196 (2009) nəfər
Xəritəni göstər/gizlə
Livədirqə xəritədə
Livədirqə
Livədirqə

Əhalisi 1196 nəfərdir.[2]

XIX əsrdə Livə və Livəyə variantlarında qeydə alınmış bu oykonimi “sürüşən, tərpənən yer” və ya “yarpaqla dolu yer” kimi izah edirlər. Bəzi tədqiqatçıların ehtimalına görə, Livədirqə adı talış dilindəki lü (kiçik çay) -və (birləşdirici şəkilçi) və Dirqə (qədim Driq mahalının talış, adı) komponentlərindən düzəlib, “kiçik çay kənarında diriqlərin məskəni” mənasını bildirir.[3]

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.