Brkandul və ya Bırkandul — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Brkandul | |
---|---|
38°49′03″ şm. e. 48°30′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 616 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 875 (2009) nəfər |
Əhalisi 875 nəfərdir.[2]
Peştəsər silsiləsinin ətəyində yerləşən bu kənd 1508-ci ildə Bərkandul, 1917-ci ildə Burxandul, 1933-cu ildə Burqandul, 1961-ci ildə Brkandul variantlarında qeydə alınmışdır.[mənbə göstərin]
Tədqiqatçılar kəndin adını Talış dilindəki bır (böyürtkən kolu) və kandul (mağara, oyuq) sözləri əsasında "böyürtkənli dərə, oyuq" kimi izah edirlər. Rusiyanın Maqadan vilayətində də Burkandya adlı yaşayış məntəqəsi var.[3]
Kənddə Bırkandul kənd məscidi dini icması fəaliyyət göstərir.[4]