Hüseynabad — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Hüseynabad kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Hüseynabad | |
---|---|
38°38′ şm. e. 48°20′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yaşayış məntəqəsini vaxtilə Hüseyn adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır.
Bu kənd 1886-cı ilə aid mənbədə Kəlvəz icmasının tərkibində yeddi tüstüdən ibarət kiçik kənd kimi qeydə alınmışdır.
Əhalisi 54 nəfərdir.[2]Əhalisi Azərbaycan türklərindən ibarətdir.
Lerik rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |