Azərbaycan Dövlət simfonik orkestri

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik OrkestriSSRİ-də yaranmış ilk orkestrlardan biri.

Azərbaycan Dövlət Simfonik Orkestri
Əsas məlumatlar
Üslub klassik musiqi
Fəaliyyət illəri 1920-ci ildən
Ölkə Azərbaycan
Şəhər Bakı
Heyət

Baş dirijor:
Fuad İbrahimov (2023)
Dirijorlar:
Mustafa Mehmandarov

Direktor:
Şükür Səmədov

Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmışdır. Yeni yaradıldığı vaxtlarda dahi bəstəkar Bethovenin 150 illiyinə həsr olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etmişdir. Həmin konsertlərdə Bethovenin 1-ci, 3-cü və 9-cu simfoniyaları, fortepiano və orkestr üçün 5-ci konserti, "Leonora 3" uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqa dirijorlar işləmişlər.

1922–23-cü il mövsümünün konsert proqramlarında Çaykovskinin Altıncı simfoniyası, "Françeska da Rimini" uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün "Rokoko mövzusuna variasiyalar", "Italyan kapriççiosu", Rimski-Korsakovun "Şəhrizadə" simfonik süitası, Borodinin "Bahadır" simfoniyası, Şubertın "Tamamlanmamış simfoniya"sı, Bethovenin 7-ci simfoniyası və s. orkestr tərəfindən ifa olunmuşdur.[1]

Orkestrin formalaşmasında R. Baton (Fransa), O. Klemperer (Almaniya), F. Ştidri (Avstriya), N. Qolovanov (Rusiya) yaxından iştirak etmişlər. 1945–1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır.

Niyazi 1946-cı ildə Leninqradda dirijorların Ümumittifaq baxışında iştirak edərək Dmitri Şostakoviçin başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə müsabiqənin laureatı adını qazanır. 1948-ci ildən isə simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunur. Orkestr ən yüksək peşəkarlıq səviyyəsinə Niyazinin rəhbərliyi dövründə çatmışdır. Niyazinin adı milli musiqi sənətində "qızıl mərhələ"nin simvoluna çevrilmişdir.

1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi dekadası ərəfəsində 1940-cı ildən buraxılmış simfonik orkestr Ü. Hacıbəyovun təşəbbüsü ilə yenidən formalaşdırılır. İlk məşqdən sonra orkestr ifaçıları kollektivə Üzeyir Hacıbəyovun adının verilməsi fikrini irəli sürürlər. 1944-cü ildən başlayaraq Azərbaycan Dövlət Simfonik Orkestri Üzeyir Hacıbəyovun adını daşıyır.[2]

Təsisçi

Baş dirijorlar

Dirijorlar

Orkestrin musiqilərinin ifa edildiyi filmlər

[redaktə | mənbəni redaktə et]
  1. Bəxtiyar (film, 1955) (dirijor Tofiq Quliyev)
  2. Qətl günü (film, 1990) (dirijor Rauf Abdullayev)
  3. Arxada qalmış gələcək (film, 2004) (dirijor Rauf Abdullayev)
  4. Biz qayıdacağıq (film, 2007) (dirijor Yalçın Adıgözəlov)
  5. Məhkumlar (film, 2007) (dirijor Rauf Abdullayev)
  6. Cavad xan (film, 2009) (dirijor Rauf Abdullayev)
  7. Ölüm növbəsi (film, 2009) (dirijor Rauf Abdullayev)
  8. Tərsinə çevrilən dünya (film, 2011) (dirijor Rauf Abdullayev)
  9. Sübhün səfiri (film, 2012) (dirijor Rauf Abdullayev)
  1. "Azərbaycan Dövlət Simfonik Orkestri". anl.az. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-20.
  2. Энциклопедия Азербайджанского Мугама. Баку: "Шарг-Гарб". 2012. səh. 211.