Azərbaycan Respublikası Prezident seçkiləri (2018)

Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri Qanuna əsasən oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.

← 2013  Azərbaycan  2024 →
Azərbaycanda prezident seçkiləri
11 aprel 2018
Seçici fəallığı 74.52 %
Namizəd İlham Əliyev Zahid Oruc Sərdar Cəlaloğlu
Partiya Yeni Azərbaycan Partiyası Bitərəf Azərbaycan Demokrat Partiyası
Səslər 3 394 898
(86.02 %)
122 956
(3.12 %)
119 621
(3.03 %)
Namizəd Qüdrət Həsənquliyev Hafiz Hacıyev Araz Əlizadə
Partiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Müasir Müsavat Partiyası Azərbaycan Sosial Demokrat Partiyası
Səslər 119 311
(3.02 %)
59 924
(1.52 %)
54 533
(1.38 %)
Namizəd Fərəc Quliyev Razi Nurullayev
Partiya Milli Dirçəliş Hərəkatı Partiyası Bitərəf
Səslər 45 967
(1.17 %)
29 229
(0,74 %)

     İlham Əliyev     Zahid Oruc     Sərdar Cəlaloğlu     Qüdrət Həsənquliyev     Hafiz Hacıyev     Araz Əlizadə

Nəticə Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 7 il müddətinə Azərbaycan Prezidenti seçildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi.

Müxalifətin qatılmaması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bildirdi.

Fevralın 10-da Müsavat PartiyasıÜmid Partiyası Prezident seçkilərində mübarizə aparmayacağını bildirdi. Müsavat Partiyasının Məclis üzvü Nailə Yaqublu BBC Azərbaycana verdiyi müsahibəsində, Azərbaycanda ədalətli seçki baş tutmasına münbit şəraitin olmadığını bildirib və Müsavat Partiyası olaraq Prezident seçkilərini boykot etməyi qərara alıblar.

Ümid Partiyasının Ali Məclisinin həmin gün baş tutan iclasında, partiyanın Prezident seçkilərində mübarizə aparmaması qərara alındı. Ümid Partiyasının nizamnaməsinə əsasən Ümid Partiyasının namizədini yalnızca Qurultay müəyyən edir. Partiyanın Qurultayı isə mayın 28-də baş tutmalı idi, aprelin 11-nə qədər isə növbədənkənar Qurultayın baş tutması isə qeyri realdır.

Namizədlərin qeydə alınması mərhələsi

[redaktə | mənbəni redaktə et]

Fevralın 14-də baş tutan MSK-nın iclasında beş nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:

Həmin gün baş tutan iclasda həm də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi. Habelə namizədliyini öz təşəbbüsü ilə irəli sürənlərdən Anar Umudovun, Tural AbbaslınınZahid Orucoun səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.

Fevralın 17-də baş tutan MSK-nın növbəti iclasında isə daha yeddi nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:

Həmin gün baş tutan iclasda həm də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP), Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) və Müasir Müsavat Partiyasının (MMP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi. Habelə namizədliyini öz təşəbbüsü ilə irəli sürənlərdən Razi NurullayevElşən Həsənovun səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.

Fevralın 19-də baş tutan MSK-nın iclasında bir nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərar qəbul edildi:

Fevralın 24-də baş tutan MSK-nın növbəti iclasında isə daha 2 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında Qərarlar qəbul edildi:

Həmin gün baş tutan iclasda həm də Vətəndaş və İnkişaf Partiyasının (VİP) və Azərbaycan Demokrat Partiyasının (ADP) səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətləri nümayəndələrinin qeydə alınması haqqında Qərarlar qəbul edildi.

MSK sədri Məzahir Pənahov prezidentliyə namizəd vəsiqəsini İlham Əliyevə təqdim edir

Fevralın 27-də baş tutan MSK-nın iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizəd olaraq qeydə alınması haqqında Qərar qəbul edildi.

Martın 7-də baş tutan MSK-nın növbəti iclasında isə daha üç nəfərin namizədliyi qeydə alındı. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülən Qüdrət Müzəffər oğlu Həsənquliyevin və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülən Araz Məmməd Mübariz oğlu Əlizadənin namizəd olaraq qeydə alınması haqqında Qərarlar qəbul edildi.

Martın 10-da baş tutan MSK-nın iclasında daha üç nəfərin namizədliyi qeydə alındı. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) tərəfindən irəli sürülən Fərəc İbrahim oğlu Quliyevin, namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülən Hafiz Ələmdar oğlu Hacıyevin və namizədliyi "Cəbhəçilər" təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Qulaməli oğlu Nurullayevin namizəd olaraq qeydə alınması haqqında Qərarlar qəbul edildi.

Qeydə alınan namizədlər

[redaktə | mənbəni redaktə et]
Sıra
Namizəd
Partiya
Tərcümeyi-halı
1.
Araz Əlizadə
ASDP
1951-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1974-cü ildə S. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca şərqşünasdır. 1982–1988-ci illərdə Kiyev Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda müəllim olaraq çalışıb. 1995–2012-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri olub. 2012-ci ildən isə ASDP sədridir. Azərbaycan Milli Məclisinin V çağırış deputatıdır. ASDP üzvüdür. Ailəlidir. 2 övladı var.
2.
Fərəc Quliyev

MDHP
1962-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1986-cı ildə Naxçıvanda xəstəxanada, 1987-ci ildə isə Ordubad rayonunun Çənnab qəsəbəsində xəstəxanada çalışıb. Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı olub. 2011-ci ildən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədridir. Azərbaycan Milli Məclisinin IV və V çağırış deputatıdır. MDHP üzvüdür. Ailəlidir. 3 övladı var.
3.
Hafiz Hacıyev
MMP
1956-cı ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca zoomühəndisdir. 1982–1989-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində çalışıb. 1991–1992-ci illərdə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olub. 2003-cü ildən Müasir Müsavat Partiyasının (MMP) sədridir. MMP üzvüdür. Ailəlidir. 3 övladı var.
4.
İlham Əliyev
YAP
1961-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. İxtisasca diplomatdır. 1985–1990-cı illərdə MDBMİ müəllim olaraq çalışıb. 1994–2003-cü illərdə SOCAR-ın vitse-prezidenti və birinci vitse-prezidenti vəzifələrində çalışıb. Azərbaycan Milli Məclisinin I və II çağırış deputatı olub. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 2003-cü ilin avqust-noyabr ayılarında Azərbaycanın Baş naziri olub. 2003-cü ildən Azərbaycan Prezidentidir. 2008 və 2013-cü illərdə yenidən Azərbaycan Prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının (YAP) 1999-cu ildən sədr müavini, 2001-ci ildən sədrin birinci müavini, 2005-ci ildən isə sədridir. YAP üzvdür. Ailəlidir. 3 övladı var.
5.
Qüdrət Həsənquliyev
BAXCP
1965-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1992-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca hüquqşünasdır. 1998–2004-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü olub. MSK-nın Baş Katibi vəzifəsində çalışıb. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatıdır. 2004-cü ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədridir. BAXCP üzvüdür. Ailəlidir. 2 övladı var.
6.
Razi Nurullayev
Bitərəf
1971-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1997-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib. İxtisasca ingilis və frasız dili müəllimidir. 2001–2003-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim olaraq çalışıb. 2009–2015-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olub. Bitərəfdir. Ailəlidir. 2 övladı var.
7.
Sərdar Cəlaloğlu
ADP
1954-cü ildən anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1996–2005-ci illərdə Azərbaycan Demokrat Partiyasının (ADP) Baş Katibi olub. 2005–2007-ci illərdə ADP sədrinin birinci müavini, 2007-ci ildən isə sədridir. ADP üzvüdür. Ailəlidir. 4 övladı var.
8.
Zahid Oruc
Bitərəf
1972-ci ildə anadan olub. Milliyyətcə azərbaycanlıdır. 1989-cu ildə Azərbaycan Texniki Universitetini bitirib. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetində çalışıb. 1992–2013-cü illərdə Ana Vətən Partiyasının üzvü olub. Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatıdır. Bitərəfdir. Ailəlidir. 2 övladı var.
Siyasi partiya Namizəd Topladığı səs
Say % +/-
Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyev 3 394 898 86.02% 1.48
Bitərəf Zahid Məhərrəm oğlu Oruc 122 956 3.13% 1.66
Azərbaycan Demokrat Partiyası Sərdar Cəlal oğlu Məmmədov 119 621 3.03% 2.41
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Müzəffər oğlu Həsənquliyev 119 311 3.02% 1.03
Müasir Müsavat Partiyası Hafiz Ələmdar oğlu Hacıyev 59 924 1.52% 0.86
Azərbaycan Sosial Demokrat Partiyası Araz Məmməd Mübariz oğlu Əlizadə 54 533 1.38% 0.51
Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc İbrahim oğlu Quliyev 45 967 1.17% 0.31
Bitərəf Razi Qulaməli oğlu Nurullayev 29 229 0.74 Yeni
Etibarlı səslərin sayı 3 946 439
Etibarsız səslərin sayı 12 413
Ümumi səslərin sayı 3 958 852
Seçicilərin sayı 5 332 817
Seçici aktivliyi: 71,63%
Mənbə:[1]

Qanun pozuntuları

[redaktə | mənbəni redaktə et]

2018-ci il aprelin 11-də baş tutan Prezident seçkiləri total qanun pozuntuları ilə müşahidə olundu. Seçki günü sosial medialarda, Meydan TVAzadlıq Radiosunda məntəqələrdə qanun pozuntularının olmasını sübut edən videolar yayımlandı. Bir sıra dairələrdə və məntəqələrdə "Karusel" əməliyyatları oldu, səsvermə kabinalarına eyni anda bir neçə nəfər daxil oldu, seçki qutularına topa bülletenlər atıldı, adı seçici siyahısında olmayan vətəndaşlar səs verdi.

Həmçinin seçki günü məntəqələrdə səsvermə prosesini işıqlandıran jurnalistlərdə təyziqlərə məruz qaldı. 25 saylı Nizami II dairəsinin səsvermə prosesini işıqlandıran Meydan TV-nin jurnalistinə qarşı zor tətbiq edildi və o, zorla məntəqədən çıxarıldı.

  1. "2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair". e-qanun.az. 2024-08-23 tarixində arxivləşdirilib.