Seldağılan

Seldağılan — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[1]

Seldağılan
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

Rayon mərkəzindən 15 km şimal-qərbdə, Ağbaba dağının ətəyində yerləşir. Kəndin sakinləri azərbaycanlılar olmuşdur.

Toponim "su daşqını" mənasında işlənən sel sözü ilə dağılan feli sifətinin birləşməsindən əmələ gəlmişdir. "Böyük Ağbaba və Kiçik Ağbaba dağlarından axıb gələn güclü sel suları göstərilən kəndin yanında müxtəlif tərəflərə dağılıb selovlarla axdığı üçün seldağılan demişlər.Kəndin digər adı Seyidoğlan olmuşdur."[2].

Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar müstəqil bir xalq kimi təqdim edilir[3].

Burada yaşayan qarapapaqlar müstəqil xalq yox, azərbaycanlılarn etnoqrafik qruplarından biridir. Kənddə 1886-cı ildə 231 nəfər, 1887-cı ildə 360 nəfər, 1908-ci ildə 359 nəfər, 1914-cü ildə 414 nəfər azərbaycanlı yaşamışdır[4].

1916-cı ildə azərbaycanlılar öz doğma torpaqlarından qovulmuşlar.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Гəдим Огуз eллəринин — Aғбабa, Шөрəjeл вə Пəмбəк бөлҝəларинин jер-jурд адлары (топонимлəри). Мүəллифи: Аслан Баjрамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгаjыт: "Göytürk" мəтбəəси, 1996. s.180
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105