Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd[1].
Tarixi Azərbaycan əraziləri | |
Güllücə | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Ağbaba mahalı |
Əhalisi | 985 (1979) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır[4].
Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir[5]. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Kəndə 1886-cı ildə 193 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 324 nəfər, 1914-cü ildə 378 nəfər yalnız azərbaycanlı yaşamışdır[6]. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və Türkiyəyə pənah aparmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 517 nəfər, 1926-cı ildə 553 nəfər, 1931-ci ildə 576 nəfər[6], 1939-cu ildə 624 nəfər, 1959-cu ildə 594 nəfər, 1979-cu ildə 985 nəfər[7] azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.