Düzxaraba, Qayqulu Düzkənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3]
Kənd | |
Düzxaraba | |
---|---|
41°00′35″ şm. e. 43°55′25″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.030 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qızılqoç (Qukasyan) rayonu yaradılana kimi — 31 dekabr 1937-ci ilə kimi Ağbaba rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur. Kəndin adı ermənilər bura köçürüləndən sonra dəyişdirilib Düzxaraba edilmişdir[4]. Qafqazın 5 verstlik xəritəsində Düzxaraba[5] kimi qeyd edilmişdir.
Toponim oğuzların qədim tayfalarından olan qayı etnonimi ilə[6] Qulu şəxs adından, relyef bildirən düz və kənd sözlərindən əmələ gəlib "qayı tayfasından olan Qulunun düzdə saldığı kənd" mənasını bildirir. Etnotoponimdir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır. Qışlaq isə yaxındaki "Düz xaraba" adlı kənd xarabalağının adındandır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Artaşen qoyulmuşdur.
1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[7]