Çorlu (Qızıl Qoç)

Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd.[2]

kənd
Çorlu
40°57′ şm. e. 43°55′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Qızıl Qoç rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.980 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 25 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Çorlu xəritədə
Çorlu
Çorlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir[3]. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim türk mənşəli çor etnoniminə[5] mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir.

Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.20
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.287
  5. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s. 106-107