Düzkənd (1991-ci ildən Alvar) — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd. Tarixən Qars vilayətinin Qars qəzasına, 1930–1995-ci illərdə isə Amasiya rayonuna tabe olmuşdur.[2][3]
Kənd | |
Düzkənd | |
---|---|
41°03′03″ şm. e. 43°44′57″ ş. u.HGYO | |
Ölkə | |
Mərz | Şirak |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.980 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rayon mərkəzindən 13 km şimalda, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. Amasiya rayonunda tarixən Düzkənd adında iki kənd olmuşdur: Böyük Düzkənd, Kiçik Düzkənd[6]. XIX əsrin əvəllərində Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilərək Düzkənd kəndi kimi rəsmiləşdirilmişdir.
Toponim Azərbaycan dilində "düzən, çöl, düzənlik", "eniş, yoxuşu, çuxuru olmayan yer" mənasında işlənən düz sözü ilə[7][8][9][10] qədim türk dilində "yaşayış yeri, şəhər" mənasında işlənən kənd sözünün[11][12][13] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilib "Alvar" qoyulmuşdur.
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir[6]. Kənddə 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 520 nəfər, 1908-ci ildə 636 nəfər, 1914-cü ildə 722 nəfər azərbaycanlı yaşamışdır[14]. 1916-cı ildən başlayaraq azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 359 nəfər, 1926-cı ildə 402 nəfər, 1931-ci ildə 468 nəfər[14], 1970-ci ildə 516 nəfər, 1987-ci ildə 580 nəfər[15] yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr-dekabr, 1989-cu ilin yanvar aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1988-ci ildə əhalisi tamamilə Azərbaycana qovulmuşdur. İndi ermənilər yaşayır. Arpaçayın sahilində düzənlikdə yerləşdiyinə görə Düzkənd adını almışdır.