Bozyoxuş

Bozyoxuşİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2][3]

Kənd
Bozyoxuş
40°59′34″ şm. e. 43°56′20″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Qızıl Qoç rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.045 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 388 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bozyoxuş xəritədə
Bozyoxuş
Bozyoxuş

1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «otsuz, çılpaq, meşəsiz»mənasında işlənən boz sözü ilə[5][6] «dik, dağa, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Musaelyan qoyulmuşdur.

1878-ci ildə Azərbaycan türklərindən ibarət əhali Türkiyəyə köçdükdən sonra[7][8] Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi.

Bozyoxuş dağı

[redaktə | mənbəni redaktə et]

Bozyoxuş dağı İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonundadır.[9]

İrəvan quberniyasının Novobayazid qəzasında çay adı.[3][10] Türk dillərində bayz, baz «sıldırım qaya» və yoxuş sözlərindəndir.

Bozyoxuş aşırımı

[redaktə | mənbəni redaktə et]

Bozyoxuş aşırımı İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonu ərazisində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[11]

Oronim türk dilində «otsuz, çılpaq» mənasında işlənən boz sözü ilə[6] «dik, dikə, təpəyə qalxan yol» mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu oronimdir.[2]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. 1 2 İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.41
  5. Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.38-39
  6. 1 2 Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.87-88
  7. Bayramov A.Ə. Qədim Oğuz ellərinin – Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları. Bakı, 1996.
  8. Шарафхан Бидлиси. Шараф-наме. Перевод, предисловие, примечания и приложения Е.И.Васильевой, т. II. V., 1976..
  9. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  10. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988
  11. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 41