Baytar (Ağbaba)

Baytar, Hovtun — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]

Kənd
Baytar
40°58′ şm. e. 43°49′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Ağbaba mahalı
Rayon Amasiya rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 154 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Baytar xəritədə
Baytar
Baytar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 3 km şimal-şərqdə, Arpaçayın sol sahilində yerləşir.

Toponim baytar (baydar) türk tayfasının adı[3] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Hovtun qoyulmuşdur.

Kənddə 1831-ci ildə 27, 1873 - cü ildə 231, 1886-cı ildə 167, 1897-ci ildə 188, 1914 - cü ildə 363 nəfər azərbaycanlı yaşamışdır[4].

Azərbaycanlılar 1915-cı ildə erməni daşnakları tərəfindən qırğınlarla qovulmuşdur. Ermənilər buraya 1918-ci ildə Türkiyənin Qars vilayətinin Quleyban kəndindən köçürülüb yerləşdirilmişdir[5].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Nuriyev E. Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası, Bakı, «Elm», 1989. s.42
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.18-19, 102-103
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.588