Güllübulaq (Ağbaba)

Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd.

Güllübulaq
40°52′07″ şm. e. 43°42′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 2 km²
Mərkəzin hündürlüyü 1.730 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 739 nəf. (2011)[1]
Rəsmi dili
Güllübulaq xəritədə
Güllübulaq
Güllübulaq

Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.[2][3] Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4] qeyd edilmişdir.

Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.[mənbə göstərin]

Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920–1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.[5]

Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur.[6] 1918–1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi.[7] Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.[8]

İllərə və millətlərə görə kənd əhali məlumatları
İllər Azərbaycanlılar Ermənilər
1886 673 0
1914 1137 0
1979 ? 0
1988 2875 0
2008 0 922
2009 0 904
2010 0 926
2011 0 919

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan tarixi Arxivləşdirilib 2020-11-01 at the Wayback Machine
  2. Vaqif Arzumanlı, Nazim Mustafa, "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq", AMEA-nın Milli Münasibətlər İnstitutu, Bakı, "Qartal", 1998.
  3. Ramil Tanriverdi: [1] Arxivləşdirilib 2019-06-27 at the Wayback Machine
  4. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı
  5. Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı
  6. Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI — начале XIX в., Ленинград, 1949
  7. Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969
  8. Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963
  9. Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898
  10. Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852
  11. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989
  12. Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954
  13. Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831
  14. Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986
  15. Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976
  16. Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836
  17. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885
  18. Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904
  19. "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992
  20. Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992
  21. Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992
  22. Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907
  23. Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960
  24. Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989
  25. Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990
  26. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993
  27. Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il.
  28. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993
  29. Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Новосельцев А.П. Некоторые вопросы истории древней и раннесредневсковой истории народов Закавказья. № 1. “История ССР”,. 1974,.
  3. Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.127
  5. Modern.az. "Unudulmaz insan" (az.). modern.az. 03.2014. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-27.
  6. "Zümrüd. "Qəriblikdə ümid çırağı", "Səs".- 2009.- 18 sentyabr.- S. 12". 2013-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Güllübulaq kəndi adlı istinad üçün mətn göstərilməyib
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүллүбулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]