Sultanabad (Ağbaba)

Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir.

Paxakn kəndi
Sultanabad kəndi
41°03′13″ şm. e. 43°40′08″ ş. u.HGYO
Ölkə  Ermənistan
Tabesində Şirak mərzi
Region Ağbaba mahalı
Rayon Amasiya rayonu
Tarixi və coğrafiyası
Əvvəlki adları Sultanabad, Şuraabad
Mərkəzin hündürlüyü 2.040 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 59[1] nəfər (2018)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Paxakn kəndi xəritədə
Paxakn kəndi
Paxakn kəndi

Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[2]

Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen»[3] mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur.

1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib.

Kəndin sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə yaşayanların qarapapaqlar olduğu göstərilir[4].

Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biri olmuşdur və türk tayfalarından biridir.

Kənddə 1886-cı ildə 171 nəfər, 1897-ci ildə 249 nəfər, 1908-ci ildə 286 nəfər, 1914-cü ildə 384 nəfər qarapapaqlar[5] yaşamışdır[6]. 1916-cı ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 144 nəfər, 1926-cı ildə 198 nəfər, 1931-ci ildə 224 nəfər[7], 1970-ci ildə 219 nəfər, 1987-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin qışında — yanvar ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir. Hal-hazırda ancaq ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət" (PDF). 2022-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-20.
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 231
  3. Azərbaycan dilinin izahlı lüğəti, I c., Bakı, «Elm», 1966, s.25 (az.)
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20,106 (erm.)
  5. azərbaycanlı - İbrahim Bayramov
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 106-107 (erm.)
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.20-21, 106-107 (erm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]