Emin Hüseynov (iqtisadçı)

Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, FüzuliXocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018).

Emin Hüseynov
bayraq
Ağdam, FüzuliXocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
bayraq2
Vəzifədədir
7 mart 2024-cü ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiVəzifə təsis edildi
Vəzifədədir
28 avqust 2018-ci ildən
Vitse-prezidentMehriban Əliyeva
bayraq
Qarabağ iqtisadi rayonundakı[a] işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
bayraq2
1 dekabr 2021 – 7 mart 2024
ƏvvəlkiVəzifə təsis edildi
SonrakıVəzifə ləğv edildi
bayraq
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
bayraq2
24 may 2021 – 1 dekabr 2021
ƏvvəlkiVəzifə təsis edildi
SonrakıVəzifə ləğv edildi
24 iyun 2016 – 28 avqust 2018
NazirSamir Şərifov
Şəxsi məlumatlar
Doğum tarixi 12 noyabr 1974(1974-11-12) (50 yaş)
Doğum yeri
Atası Zamin Hüseynov
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]

Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.[1]

Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur.[1]

2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır.[1]

Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir. Həmin ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" Sərəncamı əsasında yaradılmış İşçi qrupun üzvü təyin edilmişdir.[2]

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016 tarixli Sərəncamı ilə Emin Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilmiş[3] və 28 avqust 2018-ci ilədək bu vəzifədə işləmişdir.[4] Elə həmin tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilmişdir.[5]

Emin Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının[6], 9 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının İqtisadi Şurasının[7], 23 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının[8], 30 mart 2021-ci ildə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının[9] üzvü təyin edilmişdir.

Emin Hüseynov 24 may 2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilmiş[10] və 1 dekabr 2021-ci ilədək bu vəzifədə işləmişdir.[11] O, 1 dekabr 2021-ci ildən 7 mart 2024-cü ilədək Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır.[12]

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2024 tarixli Sərəncamı ilə Emin Hüseynov Ağdam, FüzuliXocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.[13]

22 iyun 2019-cu ildə Emin Hüseynova inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə[14], 18 iyun 2020-ci ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcələri verilmişdir.[15]

Ailəlidir, üç övladı var.

  1. Şuşa rayonu istisna olmaqla
  1. 1 2 3 "Müşahidə Şurası — Emin Hüseynov". socar.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  2. ""Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 16 mart 2016. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  3. "E.Z.Hüseynovun Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 16 mart 2016. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  4. "E.Z.Hüseynovun Azərbaycan Respublikası maliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 28 avqust 2018. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  5. "E.Z.Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 28 avqust 2018. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  6. "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 26 dekabr 2017. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  7. "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az. 9 sentyabr 2020. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  8. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 23 yanvar 2021. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  9. ""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 30 mart 2021. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  10. "Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 may 2021. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  11. ""Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 1 dekabr 2021. 1 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  12. "Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 1 dekabr 2021. 1 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  13. "Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 7 mart 2024. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2024.
  14. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 22 iyun 2019. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.
  15. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında inzibati vəzifə tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 18 iyun 2020. 1 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]