II Fateh Gəray

II Fateh Gəray (16961746, Vize Kırklareli, Kırklareli ili) — XXXVI Krım xanı.[1]

II Fateh Gəray
avqust 1736 – avqust 1737
ƏvvəlkiI Qaplan Gəray
SonrakıII Məngli Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1696
Vəfat tarixi 1746
Vəfat yeri
Dəfn yeri
Atası II Dövlət Gəray
Uşağı
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənəti dönəmində öncə nurəddin, daha sonra isə kalqay təyin edildi. 1734-cü ildə Nadir xan Əfşara qarşı davam edən müharibəyə göndərildi və bu səfər əsnasında hərbi şöhrət qazandı. Ancaq 1736-cı ildə rusların Krımı işğal etməsi və paytaxt Bağçasarayı yandırmasının ardından əmisi taxtdan endirildi. Onun yerinə Fateh Gəray 1736-cı ilin avqustunda Krım xanlığına gətirildi. Vəzifəyə gəldikdən sonra qardaşlarından Mahmud Gərayı nurəddin, Arslan Gərayı isə kalqay təyin etdi. Bağçasaray darmadağın edildiyi üçün Qarasuvbazar şəhərini özünə mərkəz seçdi.

Ancaq onun bölgədə olmamasından istifadə edən ruslar 1737-ci ilin iyulunda ikinci dəfə Krıma hücum etdi. Ordunu toplayıb ruslara qarşı müqavimət göstərə bilmədiyi üçün təqsirli görüldü və cəmi 1 illik səltənətin ardından 1737-ci ilin avqustunda vəzifədən alındı. Rumelində yaşamasına icazə verilən Fateh Gəray 1746-cı ildə Vizedə vəfat etdi və cənazəsi yaxınlıqdakı məscidlərin birinə dəfn olundu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479